AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Almatıda Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib

07.04.2026 / Xəbərlər

Aprelin 6-da Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib.

Forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında universitet rəhbərlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tərəflər ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, o cümlədən akademik mobillik, birgə təhsil proqramları, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.

Forumun açılış mərasimində salamlama nitqi ilə çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ölkələrimiz arasında akademik əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, həyata keçirilən təşəbbüslər qarşılıqlı akademik fəaliyyətə yeni təkan verib və ölkələrimizin təhsil imkanlarına ikitərəfli marağı gücləndirib. Əlavə edib ki, hazırda Qazaxıstanın 62 universiteti Azərbaycanın bir neçə aparıcı universiteti ilə əməkdaşlıq edir. Forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 63 yeni memorandumun imzalanması planlaşdırılır.

Nazir Sayasat Nurbek akademik mobillik və tələbə mübadiləsinin artdığını da qeyd edib və bildirib ki, 2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 333 Azərbaycan vətəndaşı təhsil alır. Eyni zamanda Azərbaycan universitetlərində 164 Qazaxıstan vətəndaşı oxuyur.

Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu ölkələrimiz arasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm platformadır. Nazirin sözlərinə görə, son illərdə universitetlər arasında əlaqələrin genişlənməsi, birgə proqramların və akademik mobilliyin artması bu əməkdaşlığın real nəticələrini göstərir.

Nazir çıxışında forum çərçivəsində imzalanacaq yeni anlaşmaların tərəfdaşlığı daha da gücləndirəcəyinə, tələbə və müəllimlər üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Forumun rəsmi açılış mərasimindən sonra akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsi məqsədi daşıyan anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib.

edu.gov.az

Tweet
ELANLAR
  • 06.04.2026
    «Ağıllı Mühit və Yaşıl Texnologiyalar -ICSEGT 2026» adlı 3-cü Beynəlxalq Konfrans keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.04.2026
    Belarus Dövlət İnformatika və Radioelektronika Universitetində XIV Beynəlxalq elmi-texniki konfrans keçiriləcəkdir
  • 02.04.2026
    16–30 aprel 2026-cı il tarixlərində Minsk şəhəri Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin təşkil etdiyi “İnformasiyanın ötürülməsi və emalı texnologiyaları” adlı Beynəlxalq elmi-texniki seminar keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi