AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

08.04.2026 / Maraqlı məlumatlar

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı demək olar ki, orta səviyyədə olmuşdur. Maksimal sinifli alışma 4405 ləkə regionunda X1.4 sinifli alışma olmuşdur.

Alışmalara bağlı olaraq radio rabitədə R2-R3 səviyyəli fasilələr, Yerə yönəlmiş komponentə malik Tac Kütlə Atılmaları (TKA), radio rabitədə II-IV tip radioemissiya və 10 sm diapazonda radioalışma qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artraq 7 ləkə qrupunda 112 ləkə və Tac Dəlikləri müşahidə olunur.

ETN Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyələrdə olmuş, 26 martda 12784 pfu-dək artmışdır. 10 MeV-dən çox enerji yüklü proton seli isə 2-4 apreldə 3 pfu-dək yüksəlmişdir.

Günəş küləyinin maksimal sürəti 858 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 38 nT, radial istiqamətdə isə -27 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 495 km/san, sıxlığı 2.35 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 3.83 T, radial istiqamətdə isə -0.04 nT təşkil edir.

Hesabat dövründə TKA və Tac Dəliyi Axınlarının təsiri ilə 20-23 martda güclü (G3-G1), 2-4 apreldə isə orta (G2-G1) geomaqnit qasırğası qeydə alınmışdır.

Kosmik hava proqnozu – Proqnoz günlərində (07-13 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsirilə hal-hazırda normadan yüksək olsa da, 7-9 apreldə nominal qiymətinə geri dönəcəyi gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-25%, orta geomaqnit enliklərdə isə 15-1%-dir.

Geomaqnit sahəsinin sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.

 

Tweet
ELANLAR
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    «Ağıllı Mühit və Yaşıl Texnologiyalar -ICSEGT 2026» adlı 3-cü Beynəlxalq Konfrans keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi