AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda doktorluq imtahanlarının qəbulu keçirilib
11.12.2020 / XəbərlərAMEA-nın Prezidentinin 25 noyabr 2020-ci il tarixli 454 №-li “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda doktorant və dissertantlardan doktorluq imtahanlarının qəbulu keçirilmişdir. 11 dekabr 2020-ci il tarixində 1203.01– “Kompüter elmləri” və 3338.01– “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasları üzrə keçirilmiş imtahanlarda 4 doktorant və dissertant iştirak etmişdir.