AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan Şərq Tərəfdaşlığı proqramının Tədqiqat və İnnovasiya Panelinin VIII iclasında təmsil olunub

15.12.2020 / Xəbərlər

Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı (ŞT) proqramının Tədqiqat və İnnovasiya Panelinin VIII iclası onlayn formatda keçirilib.
Tədbirdə Azərbaycanı AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, idarənin Elmi layihələrin idarə edilməsi şöbəsinin müdir müavini və Nanotexnologiyalar, qabaqcıl materiallar və qabaqcıl istehsal üzrə Milli Əlaqələndirici Şəxs (MƏŞ) Aytən Hüseynova, İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri və Maliyyə və hüquq aspektləri üzrə MƏŞ Tofiq Babayev, Azərbaycan Milli Antidoping Agentliyinin Elm şöbəsinin müdiri və Avropa Tədqiqat Mərkəzi və COST üzrə MƏŞ İlham Hümbətov, Xəzər Universitetinin İnkişaf üzrə direktoru və Birgə Tədqiqat Mərkəzi üzrə MƏŞ Raziyə İsayeva, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri və Təlim və Karyeranın İnkişafı üzrə Mari Sklodovskaya-Küri Təqaüd proqramı üzrə MƏŞ Zaur Həsənov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri və Ərzaq təhlükəsizliyi, Davamlı kənd təsərrüfatı, Bioiqtisadiyyat və Biotexnologiya üzrə MƏŞ Nabil Seyidov təmsil ediblər.

İclasda E.Əlirzayeva Azərbaycanda elm siyasəti üzrə uğurlu islahatlar, gənc alim və mütəxəssislərin mobilliyini dəstəkləyən dövlət proqramları, AMEA-da və Azərbaycanın digər elm-təhsil qurumlarında gəncləri elmə cəlb edən xüsusi proqramlar haqqında məlumat verib. O, MƏŞ üzvləri tərəfindən Azərbaycanın elm, təhsil, səhiyyə müəssisələri və dövlət orqanlarının mütəxəssisləri üçün "Horizon 2020" Proqramı üzrə seminar və vebinarların keçirilməsinin əməli nəticələrini qeyd edib və bu istiqamətdə fəaliyyətin mükəmməlləşdirilməsi məqsədilə Aİ tərəfindən MƏŞ üzvləri üçün müvafiq treyninqlərin təşkil edilməsinin məqsədəuyğunluğunu diqqətə çatdırıb. Təklif Aİ və ŞT ölkələrinin nümayəndələri tərəfindən dəstəklənib.

İlham Hümbətov azərbaycanlı mütəxəsisslərin COST Proqramında iştirakı üzrə son ildə əldə edilmiş nailiyyətlər və bu istiqamətdə həyata keçirilən fəaliyyətlə əlaqəli iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, hazırda Azərbaycanın 10 təşkilatından alim və mütəxəsisslər çoxsaylı ölkələrin qabaqcıl təşkilatlarından olan həmkarları ilə birlikdə 9 layihənin iştirakçısıdır.

Raziyə İsayeva isə ağıllı ixtisaslaşma üzrə hazırkı təcrübə, əldə edilən nəticələr və perspektivlərlə əlaqəli müzakirələrdə iştirak edib və bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdırıb.

Tədbirdə 2020-ci ildən sonrakı ŞT siyasəti, 2020-ci ildə ŞT ölkələrində texnologiyaların transferinin təhlili nəticələri və təkliflər, layihələrin hazırlanması üzrə təşkil edilən təlimlər, Mari-Sklodovskaya Küri və COST Proqramları üzrə nəticələr və perspektivlər, COVID-19 üzrə Aİ və ŞT ölkələri arasında əməkdaşlıq imkanları təqdim edilib və geniş müzakirələr aparılıb. Həmçinin 2021-ci ildən başlayaraq 7 il müddətinə fəaliyyətdə olacaq "Horizon Europe" (Horizon Avropa) Proqramının yeni imkanları, prioritet istiqamətləri, perspektivləri və büdcəsi haqqında məlumat verilib.

Mənbə: science.gov.az/news

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi