AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Gənc alimlərin 2020-ci il üzrə hesabatları yekunlaşıb

28.12.2020 / Xəbərlər

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələrinin 2020-ci ilin yekunlarına həsr olunan son hesabat iclası keçirilib.

Onlayn tədbirdə AMEA-nın Fizika-Riyaziyyat və Texnika, İctimai, Kimya, Yer Elmləri bölmələrinin Gənc Alim və Mütəxəssislər şuralarının hesabatları dinlənilib.

Əvvəlcə 44 gün davam edən Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası və torpaqlarımızın işğaldan azad olunması istiqamətində şəhid olan hərbçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İclası şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq bildirib ki, tədbirdə təmsil olunan bölmələrin gənc alimləri hesabat ilində pandemiyaya baxmayaraq, AMEA Rəyasət Heyətinin müəyyən etdiyi prioritet sahələrə uyğun olaraq, həm elmlə təhsilin vəhdətinin yaradılması, həm elmin populyarlığının artırılması, həm də Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində fəaliyyət göstəriblər.

Sonra GAMŞ-ın Kimya Elmləri Bölməsi üzrə katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədov bölməyə daxil olan müəssisələrin gənc alimlərinin sosial platformalardan yararlanmaqla elmin təbliği, elmin populyarlaşdırılması, gənclərin elmə həvəsləndirilməsi və s. istiqamətdə həyata keçirilən ictimai və elmi maarifləndirmə, müsabiqə, mükafatlandırma tədbirləri, gənclərin beynəlxalq və yerli onlayn konfranslarda iştirakı və seminarları haqqında geniş məlumat verib.

Yer Elmləri Bölməsi üzrə katib Afaq Ağazadə bölmənin institutlarında şuraların yerinə yetirdiyi elmi və ictimai fəaliyyətin əsas nəticələrini sadalayıb, gənclərin iştirakı ilə həyata keçirilən nəzəri fundamental və tətbiqi işlərdən, əldə olunan nailiyyətlərdən, dərc olunan xarici, yerli məqalələr, konfrans və müsabiqələrdən söz açıb.

Şuranın İctimai Elmlər Bölməsi üzrə katibi, dosent Sevinc Nəsirova isə gənclərin elmi-ictimai fəaliyyəti, cari ildə əldə etdikləri nailiyyətlər və dərc etdikləri monoqrafiya, məqalə, tezislər, həmçinin Vətən müharibəsi dövründə bölmənin gənc alimlərinin fəaliyyəti haqqında məlumat verib.

Daha sonra Fizika-Riyaziyyat və Texnika Bölməsinin hesabatını təqdim edən İnformasiya Texnologiyalar İnstitutunun GAMŞ sədri Nərmin Adıgözəlova müvafiq bölmənin elmi müəssisələrində çalışan gənc alim və mütəxəssislərin statistik göstəriciləri, beynəlxalq və yerli əhəmiyyət kəsb edən elmi tədbirlərdə gənclərin fəallığı, elmi əsərlər, o cümlədən impakt faktorlu jurnallarda artan dinamika ilə nəşr olunan məqalələrə görə ötən illərlə müqayisədə cari ilin nailiyyətləri haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Hesabatlar ətrafında AMEA GAMŞ-ın İdarə Heyətinin üzvləri, dosentlər - Orxan Abbasov, Əfsun Sucayev, Rəşad Məstəliyev, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əskərova, Radiasiya Problemləri İnstitutunun Dubnada doktorluq elmi tədqiqatları aparan əməkdaşı, f.ü.f.d., dosent Mətləb Mirzəyev, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndəsi, f.ü.f.d., dosent Sakin Cabbarov və Botanika İnstitutunun gənc mütəxəssisi Elnarə Salahova çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra hesabatlar qəbul olunub.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi