AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AR Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyinin dəstəyi və UNEC-in təşkilatçılığı ilə Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu 2021 öz işinə başlayıb

02.12.2021 / Conferences, assemblies

1 dekabr 2021-ci ildə Gülüstan sarayında təşkil olunan UNEC İqtisad Forumunun açılşında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

UNEC-in rektoru, Forumun sədri professor Ədalət Muradov iştirakçıları salamlayaraq, forumun ilk görüşünün dünya şöhrətli alim, Nobel mükafatçısı Aziz Sancarla gənc tədqiqatçıların görüşünə həsr edildiyini bildirib. Rektor Azərbaycanın hərb meydanında əldə etdiyi zəfəri, elm sahəsində də əldə edəcəyini, forumun bu istiqamətdə mühüm töhfələr verəcəyini vurğulayıb.

Forumda çıxış edən Nobel mükafatı laureatı, professor Aziz Sancar yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, gənc alimlərlə tövsiyələrini bölüşüb, elmi fəaliyyətindən, Nobel mükafatı qazanılması yolundakı çalışmalarından bəhs edib.

Böyük maraqla qarşılanan çıxışdan sonra Aziz Sancar iştirakçıların suallarını cavablandırıb.

Müzakirələrdə AMEA İdarəetmə Sistemləri İnstitutundan (İSİ) AMEA-nın müxbir-üzvü Qorxmaz İmanov, dosent Səyyad Ağayev və i.ü.f.d. Aygün Əliyeva iştirak ediblər.

Forum “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar” mövzusuna həsr olunan Panel 1 çıxışları ilə davam edib.

UNEC-in prorektoru Neman Muradlının moderatorluğu ilə keçirilən paneldə Polşanın Kozminiski Universitetinin professoru Qrzeqorz Vitold Kołodko ilə görüş keçirilmişdir.

UNEC-in rektoru professor Ədalət Muradov çxış edərək forumun müxtəlif panellərində üç gün ərzində dünya miqyaslı alimlər və mütəxəssislər tərəfindən ətraflı müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Paneldə AMEA İSİ-nin elmi işçiləri dosent Rəşad Məstəliyev, kiçik elmi işçi Lamiyə Nəcəfova iştirak ediblər.

Qeyd edək ki, forum öz işini növbəti gün davam etdirib.

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap