AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

MEK-də “Qarabağ Zəfərinin memarı” adlı tədbir keçirilib

27.12.2021 /

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar “Qarabağ Zəfərinin memarı” adlı lektoriya keçirilib.

Elm adamları, doktorant və dissertantların iştirak etdiyi lektoriyada ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən, MEK-in baş direktoru, professor Məmməd Əliyev 60 yaşlı Prezidentin sadəcə xalqının deyil, müharibə dövründə göstərdiyi diplomatik siyasətlə bütün dünyanın hörmətini qazanmış rəhbərə çevrildiyini bildirib.

“Dünya tarixinə adını fatehlər sırasında yazdıran İlham Əliyev Qarabağ fatehinə çevrilərək adını hərbi - siyasi tariximizə qızıl hərflərlə həkk etdirdi! Xüsusi siyasi intellektə, geniş dünyagörüşünə, bir neçə dünya dillərinə dərindən bələd olan Ali Baş Komandan tarixi ədaləti 44 günlük Vətən müharibəsi dövründə həm dəmir yumruqla masada, həm də dərin siyasi diplomatiyası ilə beynəlxalq arenada bərpa etdi. Zəfərə gedən yola illər öncə başlayan Prezident İlham Əliyev, ən doğru zamanı gözləyərək, ən çətin anlarda addım-addım irəlilədi. İlk öncə Azərbaycan Ordusunu gücləndirən Ali Baş Komandan, digər tərəfdən dünya arenasında təkrarsız diplomatik bacarığı ilə ölkənin siyasi, iqtisadi infrastrukturunu daha da artırdı”, - deyə baş direktor Məmməd Əliyev bildirib.

Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov lektoriyada geniş məruzəsi zamanı Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarına sadiq qalan ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın regionun ən güclü dövlətinə çevrildiyini vurğulayıb. Azərbaycanın tarix boyunca müxtəlif təzyiqlərə məruz qaldığını qeyd edən alim, ölkəmizin inkişafı naminə Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini də  nəzərə çatdırıb. Cəbi Bəhramov, həmçinin qeyd edib ki, Prezident İlham Əliyev bir milyon qaçqının üzərindən “qaçqın” adı statusunu götürərək Azərbaycan xalqını qələbəyə çatdırdı. “Cənab Prezident İlham Əliyev Şah İsmayıl ordeninə layiq ümummilli qəhrəmandır!”, - deyə tarixçi alim vurğulayıb.

Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli çıxışı zamanı İlham Əliyevi nəinki böyük siyasətçi, həm də ailəsinə, torpağına, xalqına bağlı gənclərə örnək olacaq şəxsiyyət kimi xarakterizə edib. Alim özünün müəllifi olduğu və cari ildə işıq üzü görən “Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın Zəfər yolu” adlı kitabını Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib.

Tədbirin bədii hissəsində Muğam Televiziya müsabiqəsinin laureatı Sədəf Budaqovanın ifası dinlənilib.

Sonda tədbir iştirakçıları Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasətindən bəhs edən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

science.gov.az

Tweet
ANNOUNCE
  • 17.02.2026
  • 07.11.2025
  • 04.11.2025
  • 31.10.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap