AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-nın Rəyasət Heyəti adından Novruz bayramı münasibətilə Akademiya əməkdaşlarının təbriki

20.03.2022 /

Hörmətli həmkarlar!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımız üçün daim əziz olan və əsrlərdir yaşadılan bu bayramın Sizə, ailənizə və doğmalarınıza xoş günlər, cansağlığı, səadət və süfrələrinizə bol ruzi bərəkət gətirməsini arzulayırıq.

Baharın gəlişinin müjdəçisi olan Novruz bayramı uzun əsrlərdən bəri nəsillərdən-nəsillərə ötürülərək yaşadılmış, bütün dövrlərdə zamanın sınağından çıxaraq yurdumuzun hər bir guşəsində geniş şəkildə qeyd edilmiş, xalqımızın birliyinin qorunmasına öz misilsiz töhfələrini vermişdir. Eyni zamanda özündə ehtiva etdiyi “milli bayram” statusu ilə milliözünüdərkin formalaşmasında və xalqımızın təfəkkürünün inkişafında, eləcə də adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynamışdır. Heç şübhəsiz, daim insanları barışığa, sülhə, mehribanlığa səsləyən Novruz bayramı xalqımızın mənəviyyatını humanizm, multikulturalizm ideyaları ilə zənginləşdirmişdir və nəticədə ölkəmizdə bütün xalqların nümayəndələri əsrlərdir əmin-amanlıq, həmrəylik içərisində yaşayırlar.

Böyüyündən kiçiyinə hər bir azərbaycanlının sevdiyi Novruz bayramına olan rəğbətini xalqımız şifahi və yazılı ədəbiyyatımızda, musiqimizdə, incəsənətimizdə daim geniş yer verərək göstərmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Qeyd etmək lazımdır ki, son illərdə Novruz bayramı, onun tarixi və adət-ənənələri ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra müəssisələrində mühüm tədqiqatlar aparılmış, əldə edilən nəticələr kitab, monoqrafiya və məqalə formasında çap edilmiş və bu bayramın gələcək nəsillər üçün yaşadılması istiqamətində ciddi addımlar atılmışdır.

Əziz həmkarlar!

Sizi Novruz bayramı münasibətilə bir daha təbrik edir, sağlam, xoşbəxt günlər arzulayır, elmi, elmi-təşkilati yaradıcılığınızda uğurlar diləyirik!

AMEA-nın Rəyasət Heyəti

 

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap