AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Qərarvermədə gənclərin iştirakı”na həsr olunmuş dəyirmi masa keçirilib

28.04.2022 /

“Avropa İttifaqı Gənclər üçün” proqramı ilə əməkdaşlıq çərçivəsində Gənclər və İdman Nazirliyi, “Education HUB” və “Gender HUB” sosial platformalarının birgə təşkilatçılığı ilə aprelin 22-23-də “Qərarvermədə gənclərin iştirakı”na həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə dövlət qurumlarını, gənclər təşkilatlarını, gənclər evlərini və müxtəlif regionları təmsil edən 45 gənc iştirak edib.

Proqrama uyğun olaraq müzakirələr gənclər siyasətinin həyata keçirilməsində sektorlararası əməkdaşlığa gənclərin daha inklüziv cəlb edilməsi, gənclərin məşğulluğu və sosial sahibkarlığı və gender bərabərliyi mövzularına həsr olunub. 2 gün davam edən dəyirmi masada aşağıdakı istiqamətlər üzrə müzakirələr və qruplara işlər aparılıb: 

- ''Struktur dialoq nədir?'' - gənclərin fəal iştirakı üçün konstruktiv rəy və fəal dinləmə proseslərinə giriş;
- Qərarların qəbul edilməsində iştirakçılıq (iştirak pilləkanı metodu) və inklüziv yanaşmaya giriş (seqreqasiya, istisna, daxilolma və inteqrasiya şərtlərinin araşdırılması);
- Gənclərin çoxşaxəli iştirakı: Azərbaycanda gənclərin iştirakıçılığı üçün çərçivənin birgə yaradılması, gənclərin iştirakının arzuolunan səviyyəsinə dair qrup müzakirələrinin nəticələrinin təqdimatı;
- Gənclərlə bağlı mövcud qərar qəbuletmə proseslərinin xəritələşməsi: daha detallı və irəliyə doğru addımlar;
- Birgə quruculuq və birgə idarəetmə: Azərbaycanda gənclər üçün gənclərlə birlikdə. Əvvəlki sessiyalardan toplanmış tövsiyələrin və xəritələşmə tapşırıqlarının təqdimatı.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və millət vəkili Nigar Arpadarai çıxış edərək mövzularla bağlı fikirlərini və tövsiyələrini bildiriblər.

Qeyd edək ki, tədbirdə AMEA İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Lamiyə Nəcəfova "Azərbaycan Gəncliyi 2022-2026-cı illərdə" gənclər siyasətinin formalaşması üçün təklif və tövsiyələrin  hazırlanmasında iştirak etmişdir. 

mys.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap