AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII Beynəlxalq konfransı keçiriləcək

22.08.2022 /

24-26 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma (COIA) VIII Beynəlxalq konfransı keçiriləcək.

 

Sözügedən konfrans idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçılar və praktikantlar üçün müzakirə və fikir mübadiləsi baxımından geniş imkanlar yaradacaq. Konfransın mövzularına “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, "Fazi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifkasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi istiqamətlər daxildir.

 

Qeyd edək ki, konfransın 24 avqust 2022-ci il tarixində “Hilton Baku” otel kompleksində keçiriləcək açılış tədbirində AR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov, ABŞ Urbana-Şampeyn İllinoys Universitetinin Elektrik və Kompüter Mühəndisliyi kafedrasının professoru Tamer Başar, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Rusiya Elmlər Akademiyasının Şirşov adına Okeanologiya İnstitutunun elmi direktoru Robert Niqmatulin və İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov çıxış edəcək.

 

Ətraflı məlumat əldə etmək üçün konfransın rəsmi veb səhifəsinə keçid edə bilərsiniz:

http://www.coia-conf.org/en/view/index/ 

Konfransın proqramı ilə tanış olmaq və onlayn şəkildə qoşulmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

http://www.coia-conf.org/upload/editor/files/program_COIA22.pdf 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap