AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Horizon Avropa” Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi yenilənib

24.08.2022 /

Avropa Komissiyasının çərçivə proqramlarının 2021-2027-ci illər üzrə növbəti mərhələsi “Horizon Avropa” (“Horizon Europe”) tədqiqat və innovasiya üzrə ən böyük proqramdır və büdcəsi 95.5 milyard avro təşkil edir. Sağlamlıq, mədəniyyət, kreativlik, inklüziv cəmiyyət, rəqəmsal, sənaye, kosmos, iqlim, enerji, mobillik, qida, bioiqtisadiyyat, milli resurslar, kənd təsərrüfatı, ətraf mühit və s. kimi sahələri əhatə edən bu proqramda Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri kimi iştirak edir.

Horizon proqramlarının imkanlarından istifadə etmək, çağırış haqqında məlumatı yerli təşkilatlar və mütəxəssislər arasında mütəmadi yaymaq, tərəfdaşların seçilməsi, layihələrin hazırlanması və təqdim edilməsinə dəstək göstərmək üçün Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) fəaliyyət göstərir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu MƏŞŞ Avropa Komissiyasının nümayəndələri ilə onlayn formatda keçirilən görüş və müzakirələr əsasında “Horizon Avropa” istiqamətləri üzrə yenilənib. MƏŞŞ koordinatoru AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, üzvlər olaraq müvafiq dövlət qurumları, elm, təhsil və səhiyyə müəssisələrinin mütəxəssisləri və əlaqələndirici kimi AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsi müəyyənləşdirilib.

“Horizon Avropa” portalında Azərbaycanın Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi haqqında məlumat, şəbəkə üzvlərinin əlaqə vasitələri yerləşdirilib.

MƏŞŞ üzvləri haqqında məlumatı, həmçinin buradan əldə edə bilərsiniz.

Qeyd edək ki, son illər MƏŞŞ üzvlərinin fəaliyyəti nəticəsində Azərbaycanın alim və mütəxəssislərinin “Horizon” proqramlarında iştirak fəallığı artıb, bu göstərici xüsusilə Mari Sklodovska-Küri və COST proqramları üzrə nəzərəçarpandır.
science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap