AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Perseverance aparatı Marsdakı qədim çay deltasında çoxlu sayda orqanik birləşmə aşkar edib

19.09.2022 /

Perseverance aparatı Jezero kraterindəki qədim çay deltasında dağ süxuru nümunələrini yığaraq Mars səthindəki fəaliyyətini davam etdirir. NASA mütəxəssislərinin verdikləri məlumata əsasən Perseverance tərəfindən yığılmış nümunələrdə çoxlu sayda orqanik molekullar aşkar edilib və həmin molekullar özlərində karbonu birləşdirirlər. Bu isə onu göstərir ki, 3.5 milyard il bundan öncə Jezero krateri potensial həyat növü üçün əlverişli münbit şəraitə sahib olmuş ola bilər.

“Jezero kraterindəki qədim çay deltasından əldə edilmiş dağ süxurlarının analizləri onu göstərib ki, həmin nümunələr çoxlu sayda orqanik maddəni özlərində birləşdirirlər. Bu, Perseverance missiyası çərçivəsində aşkar edilmiş ən böyük orqanik maddə konsentrasiyasıdır” - deyə Perseverance layihəsinin elmi əməkdaşı Ken Farley qeyd edib.

18 ay bundan öncə Mars səthinə eniş etmiş Perseverance aparatının əsas missiyası planetin səthində qədim mikrob həyat növünün tapılmasıdır. Bunun üçün aparat potensial orqanik maddələri özlərində birləşdirən dağ süxuru nümunələrini yığır. 7 iyul tarixindən Perseverance 4 ədəd bu cür nümunə tapıb. Ümumilikdə isə aparat 12 ədəd dağ süxuru nümunəsini əldə edib. Qədim çay deltasında olan çöküntü süxurlar özlərində mürəkkəb orqanik molekulları birləşdirirlər.

Bundan əlavə olaraq dağ süxurlarının tərkiblərində gil və sulfat minerallar var. Bunlar isə suyun dağ süxurları ilə qarşılıqlı əlaqəsi zamanı yaranan birləşmələrdir. “Əsas olan odur ki, bu süxurlar özlərində sulfat ilə gili birləşdirirlər. Bu o deməkdir ki, sözügedən süxurlar bioloji izlərin qorunub saxlanması məsələsində yüksək potensiala sahibdirlər” - deyə mütəxəssislərdən biri qeyd edib. Təbii ki, indidən dəqiq bir şey demək olmaz. Belə ki, dəqiq cavablar dağ süxuru nümunələrinin Yer kürəsində laboratoriya şəraitində analizləri zamanı ortaya çıxacaq.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap