AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Windows 11 üçün növbəti yenilənmə təqdim edilib

23.09.2022 /

Microsoft şirkəti Windows 11 üçün 22H2 adlı yenilənməni təqdim edib. Yeni əməliyyat sistemi üçün təqdim edilmiş növbəti yenilənmə Windows 11-in həm xarici görünüşünə həm də funksionallığına bəzi dəyişiklikləri gətirib. Sözügedən yenilənmə ilə Start menyusunda qovluqların yaradılması, əməliyyat sisteminin səslə idarəsi və s. imkanlar reallaşdırılıb. Microsoft Windows 11-in Start menyusuna yenilikləri əlavə etməkdə davam edir. Aktual olan bu yenilənmə öz növbəsində Start menyusuna sadə sürüşdürmə prosesi vasitəsilə qovluqların yaradılması imkanını istifadəçilərə təqdim edir. Bu proses iOS və Android-in ana səhifəsində qovluqların yaradılmasına bənzəyir.

Belə ki, Start menyusunda tətbiqlərin qruplaşdırılması üçün müəyyən tətbiqin ikonunu digər tətbiqin ikonu üzərinə sürüşdürmək lazımdır. Bu halda tətbiqlər vahid qovluq daxilində qruplaşacaqlar. Bununla yanaşı bundan sonra bu və ya digər pəncərəni ekranın yuxarı hissəsinə sürüşdürən zaman tətbiqlərin ekranda yerləşmə tərzləri üzrə 4 şablon ortaya çıxacaq. Sürüşdürülmüş pəncərəni ortaya çıxmış şablonlardan birinə yerləşdirən zaman açıq olan bütün digər pəncərələr seçilmiş şablon tərzində qruplaşacaqlar. Əməliyyat sistemində reallaşdırılmş digər yeniiklər arasında yeni ikonlar, animasiyalar, yaxşılaşdırılmış Dark Mode rejimi və əməliyyat sisteminin səslə idarəsi var.

Bundan sonra istifadəçi daha öncə yalnız klaviatura və mouse ilə edilməsi mümkün olmuş prosesləri səslə idarə vasitəsilə reallaşdıra biləcək. Bu cür proseslərin arasında mouse işarəsinin hərəkət etdirilməsi, copy-paste, tətbiqlərlə qarşılıqlı əlaqə və s. var. Sensor interfeysində də bəzi dəyişikliklər reallaşdırılıb. Belə ki, bundan sonra swype-lar vasitəsilə Start menyusunu işə salmaq və ya tətbiqlər arasında keçidi reallaşdırmaq mümkün olacaq. 22H2 adlı yenilənmə bu il Windows 11 üçün təqdim edilən son yenilənmədir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap