AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Windows 11 üçün növbəti yenilənmə təqdim edilib

23.09.2022 / Maraqlı məlumatlar

Microsoft şirkəti Windows 11 üçün 22H2 adlı yenilənməni təqdim edib. Yeni əməliyyat sistemi üçün təqdim edilmiş növbəti yenilənmə Windows 11-in həm xarici görünüşünə həm də funksionallığına bəzi dəyişiklikləri gətirib. Sözügedən yenilənmə ilə Start menyusunda qovluqların yaradılması, əməliyyat sisteminin səslə idarəsi və s. imkanlar reallaşdırılıb. Microsoft Windows 11-in Start menyusuna yenilikləri əlavə etməkdə davam edir. Aktual olan bu yenilənmə öz növbəsində Start menyusuna sadə sürüşdürmə prosesi vasitəsilə qovluqların yaradılması imkanını istifadəçilərə təqdim edir. Bu proses iOS və Android-in ana səhifəsində qovluqların yaradılmasına bənzəyir.

Belə ki, Start menyusunda tətbiqlərin qruplaşdırılması üçün müəyyən tətbiqin ikonunu digər tətbiqin ikonu üzərinə sürüşdürmək lazımdır. Bu halda tətbiqlər vahid qovluq daxilində qruplaşacaqlar. Bununla yanaşı bundan sonra bu və ya digər pəncərəni ekranın yuxarı hissəsinə sürüşdürən zaman tətbiqlərin ekranda yerləşmə tərzləri üzrə 4 şablon ortaya çıxacaq. Sürüşdürülmüş pəncərəni ortaya çıxmış şablonlardan birinə yerləşdirən zaman açıq olan bütün digər pəncərələr seçilmiş şablon tərzində qruplaşacaqlar. Əməliyyat sistemində reallaşdırılmş digər yeniiklər arasında yeni ikonlar, animasiyalar, yaxşılaşdırılmış Dark Mode rejimi və əməliyyat sisteminin səslə idarəsi var.

Bundan sonra istifadəçi daha öncə yalnız klaviatura və mouse ilə edilməsi mümkün olmuş prosesləri səslə idarə vasitəsilə reallaşdıra biləcək. Bu cür proseslərin arasında mouse işarəsinin hərəkət etdirilməsi, copy-paste, tətbiqlərlə qarşılıqlı əlaqə və s. var. Sensor interfeysində də bəzi dəyişikliklər reallaşdırılıb. Belə ki, bundan sonra swype-lar vasitəsilə Start menyusunu işə salmaq və ya tətbiqlər arasında keçidi reallaşdırmaq mümkün olacaq. 22H2 adlı yenilənmə bu il Windows 11 üçün təqdim edilən son yenilənmədir.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi