AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Arif Həşimov: “Fizika İnstitutunda quraşdırılmış Milli Grid Seqmenti dünya elminə inteqrasiyanın sürətləndirilməsinə xidmət edir”

28.09.2022 /

Azərbaycanın elm və təhsil sahələrinin Avropaya inteqrasiya olunmasında Avropa Milli Tədqiqat və Təhsil Şəbəkəsi GEANT (Gigabit Avropa Akademik Şəbəkəsi) xüsusi rol oynayır. Bu şəbəkə tərəfindən koordinasiya olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EaPConnect (“Şərq Tərəfdaşlığı” layihəsi) aidiyyəti ölkələrdən olan tədqiqat və təhsil icmalarını bir araya gətirməyə və rəqəmsal sahədə qeyri-bərabərliyin azaldılmasına xidmət edir.

Bunu “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar konfransı”nın açılışında AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov söyləyib. Alim bildirib ki, Azərbaycanın elm və təhsil sahələrinin Avropaya inteqrasiyasında Avropa Nüvə Tədqiqatları Mərkəzi - CERN ilə ölkəmizin müvafiq qurumları arasında inkişaf edən əməkdaşlıq əlaqələri mühüm rol oynayır. Bu əlaqələrin möhkəmlənməsində Fizika İnstitutunda quraşdırılmış Milli Grid Seqmentinin rolu böyük olub. Grid Mərkəzi ölkəmizin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsinə, dünya elminə inteqrasiyanın sürətləndirilməsinə, elmtutumlu mürəkkəb məsələlərin həllinə və CERN ilə birgə layihələrin həyata keçirilməsinə xidmət edir.

Akademik Arif Həşimov qeyd edib ki, Milli Grid Seqmentinin Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə inteqrasiyasını məhz Avropa Milli Tədqiqat və Təhsil Şəbəkəsi həyata keçirir.

“AMEA ilə Avropa Nüvə Tədqiqatları Mərkəzi arasındakı mövcud əməkdaşlıq əlaqələrinin inkişafında 1997-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə Yüksək Enerjilər Fizikası sahəsində elmi və texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında Əməkdaşlıq Sazişinin təsdiq edilməsi” barədə Sərəncam xüsusi olaraq vurğulanmalıdır. Bundan bir müddət sonra Azərbaycanının Milli Nüvə Tədqiqatları Mərkəzi ilə CERN arasında da əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb”, - deyə AMEA rəhbəri bildirib.
science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap