AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Gənc alimlərin forumu mütəxəssislərə potensiallarını göstərmək üçün imkan yaradacaq

02.12.2022 /

Dekabrın 2-də Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinə həsr olunmuş “Qafqazda təhlükəsizlik və çağırışlar” adlı gənc alimlərin respublika forumu ilə əlaqədar mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən STEM Analitik Mərkəzinin rəhbəri Orxan Yolçuyev forumun əsas məqsədinin beynəlxalq münasibətlər, diplomatiya, politologiya, beynəlxalq hüquq və tarix sahələrində potensial alimləri üzə çıxarmaq olduğunu deyib. Onun sözlərinə görə, forum gənc mütəxəssislərə potensiallarını göstərmək üçün imkan yaradır. Bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan dünyada öz rolunu gücləndirib və buna görə gənc mütəxəssislərə ehtiyac yaranıb.

Politoloq İlqar Vəlizadə bildirib ki, forum gənc alimlər üçün öz tədqiqat potensialını göstərmək, nitq bacarıqlarını inkişaf etdirmək və Azərbaycanı gələcəkdə dünya miqyasında təmsil etmək üçün unikal imkandır. Qeyd edib ki, hələ də regionda sabitliyi pozmağa çalışan oyunçular var. Bu, çox təhlükəli oyundur. Tarixən üçüncü ölkələr regionda öz maraqlarını təmin etməyə çalışıblar. Ekspertin fikrincə, “3+3” formatının əsas məqsədi odur ki, region ölkələr üçüncü dövlətlərin müdaxiləsi olmadan bütün problemlərini özləri həll etsinlər. Ən başlıcası regionda sabit siyasi, iqtisadi və elmi mərkəzlərin yaradılmasıdır ki, bu da bütün regionun gələcək inkişafına töhfə verəcək.

Qeyd edək ki, forum Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu ilə birgə STEM Analitik Mərkəzinin təşkilatçılığı ilə dekabrın 19-da keçiriləcək.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap