AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

28.03.2023 /

Kosmik hava durumu – Hesabat dövrü ərzində maksimum alışma 20 mart tarixində baş vermiş M 1.2 sinifli alışma olmuşdur. Hal-hazırda Günəşin səthində 8 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı artaraq 125 olmuşdur. Martın 20-də Yerə yönəlmiş 2 Tac Kütlə Atılması (CME – Coronal Mass Ejections) qeydə alınmışdır. Martın 16-dan Günəşin səthində tac dəlikləri müşahidə olunur.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox elektron seli geostasionar orbitdə həyəcanlaşmış səviyyədə olmuşdur (746 pfu), 10 MeV-dən çox enerji yüklü  proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin sürəti artaraq Yer orbitində 647.7 km/san-ə çatmışdır. Tac Kütlə Atılmalarının təsiri nəticəsində planetlərarası maqnit sahəsinin intensivliyi 23 martda artaraq 22 nT, radial istiqamətdə isə -17 nT-yə çatmışdır. Hal-hazırda isə planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində 7.24 nT, radial istiqamətdə isə 0.25 nT-dir.

Martın 20-də qeyd alınan böyük Tac dəliyi və Yerə doğru yönəlmiş Tac Kütlə Atılmaları səbəbilə 23-24 mart tarixlərində maqnit qasırğası  qeydə alınmışdır. 24 mart tarixində qasırğanın gücü artaraq, G4 (7 Kp) səviyəsinə kimi yüksəlmişdir. Hal-hazırda isə geomaqnit sahə sakitdir (+1 Kp).

Kosmik hava proqnozu – Proqnoz günlərində (27 mart - 02 aprel) C sinif alışmanın baş vermə ehtimalı 90%, M sinif (R1-R2) 10%, X sinif isə 1% təşkil edir.

Enerjisi 2 MeV olan elektron selinin 27-29 martda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin (CH HSS – Coronal Hole High Speed Streams) təsirindən yüksək səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Geomaqnit sahənin həftə ərzində aktiv olacağı gözlənilir. Belə ki, 27-28 martda mənfi qütblü CH HSS təsiri nəticəsində Günəş küləyinin sürətinin bir qədər də artacağı proqnozlaşdırılır. 30 mart tarixində isə G1 sinifli maqnit qasırğası gözlənilir.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap