AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Aviasiya Akademiyasında məlumat günü keçirilib

05.04.2023 /

Avropa Komissiyasının (AK) Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) üzvlərinin iştirakı ilə Milli Aviasiya Akademiyasında məlumat günü keçirilib.

 

Milli Aviasiya Akademiyasının Yeni texnologiyalar üzrə prorektoru professor Xəqani Abdullayev tədbiri giriş sözü ilə açaraq Akademiyanın tədqiqat və innovasiya istiqamətləri haqqında məlumat verib, Horizon Avropa proqramlarında iştirak üçün geniş imkanların olduğunu qeyd edib və iştirakçıları tədbirin proqramı ilə tanış edib.

 

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva MƏŞŞ və onun fəaliyyət istiqamətləri, Avropa Komissiyası tərəfindən Azərbaycan alim və mütəxəssisləri üçün təşkil edilmiş təlimlər və məlumat günləri haqqında məlumat verib, cari ildə belə tədbirlərin yenidən keçilməsinin nəzərdə tutulduğunu bildirib. O, həmçinin iştirakçıları elmi kosorsiumların yaradılmasında çox əhəmiyyətli vasitə olan COST Fəaliyyəti, bu proqram çərçivəsində layihələrə qoşulmaq qaydaları və icra olunmaqda olan layihələrlə əlaqəli statistik məlumatları diqqətə çatdırıb.

 

Rəqəmsal, sənaye və kosmos klasteri üzrə Milli Əlaqələndirici Şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev, İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynurə Həsənova proqram üzrə ətraflı nəzəri və praktik məlumatlar təqdim ediblər.

 

Tofiq Babayev AK-nın çərçivə proqramları, 2021-2027-ci illər üçün nəzərdə tutulmuş Horizon Avropa proqramının klasterləri, onların əhatə etdiyi sahələr və maliyyə imkanları, layihələrin tipləri və proqrama müraciət üzrə ətraflı məlumat verib.

 

Məmməd Həşimov Horizon Avropa üzrə 2023-2024-cü illər üçün hazırlanmış İş proqramı və ondan istifadə qaydaları, müvafiq çağırışların müəyyən edilməsi və layihələrin hazırlanması haqqında məlumatları, həmçinin İKT üzrə yeni çağırışları təqdim edib.

 

Aynurə Həsənova iştirakçıları Horizon Avropa proqramı üzrə yeni çağırışların müəyyən edilməsi, tərəfdaşların araşdırılması və konsorsiuma qoşulmaq üçün müraciət qaydaları, həmçinin kosmos üzrə yeni çağırışlarla tanış edib.

 

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova Marie Sklodovska-Küri Fəaliyyəti çərçivəsində fərdi və qrup şəklində tədqiqat imkanları, doktorantura və postdoktorantura səviyyəsində fərdi təqaüd təklifləri haqqında məlumat verib.

 

Təqdimatlar ətrafında maraqlı müzakirələr aparılıb və MƏŞŞ-lə görüşlərin mütəmadi keçirilməsi təklif edilib.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap