AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Aviasiya Akademiyasında məlumat günü keçirilib

05.04.2023 / Mühüm xəbərlər

Avropa Komissiyasının (AK) Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) üzvlərinin iştirakı ilə Milli Aviasiya Akademiyasında məlumat günü keçirilib.

 

Milli Aviasiya Akademiyasının Yeni texnologiyalar üzrə prorektoru professor Xəqani Abdullayev tədbiri giriş sözü ilə açaraq Akademiyanın tədqiqat və innovasiya istiqamətləri haqqında məlumat verib, Horizon Avropa proqramlarında iştirak üçün geniş imkanların olduğunu qeyd edib və iştirakçıları tədbirin proqramı ilə tanış edib.

 

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva MƏŞŞ və onun fəaliyyət istiqamətləri, Avropa Komissiyası tərəfindən Azərbaycan alim və mütəxəssisləri üçün təşkil edilmiş təlimlər və məlumat günləri haqqında məlumat verib, cari ildə belə tədbirlərin yenidən keçilməsinin nəzərdə tutulduğunu bildirib. O, həmçinin iştirakçıları elmi kosorsiumların yaradılmasında çox əhəmiyyətli vasitə olan COST Fəaliyyəti, bu proqram çərçivəsində layihələrə qoşulmaq qaydaları və icra olunmaqda olan layihələrlə əlaqəli statistik məlumatları diqqətə çatdırıb.

 

Rəqəmsal, sənaye və kosmos klasteri üzrə Milli Əlaqələndirici Şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynurə Həsənova proqram üzrə ətraflı nəzəri və praktik məlumatlar təqdim ediblər.

 

Tofiq Babayev AK-nın çərçivə proqramları, 2021-2027-ci illər üçün nəzərdə tutulmuş Horizon Avropa proqramının klasterləri, onların əhatə etdiyi sahələr və maliyyə imkanları, layihələrin tipləri və proqrama müraciət üzrə ətraflı məlumat verib.

 

Məmməd Həşimov Horizon Avropa üzrə 2023-2024-cü illər üçün hazırlanmış İş proqramı və ondan istifadə qaydaları, müvafiq çağırışların müəyyən edilməsi və layihələrin hazırlanması haqqında məlumatları, həmçinin İKT üzrə yeni çağırışları təqdim edib.

 

Aynurə Həsənova iştirakçıları Horizon Avropa proqramı üzrə yeni çağırışların müəyyən edilməsi, tərəfdaşların araşdırılması və konsorsiuma qoşulmaq üçün müraciət qaydaları, həmçinin kosmos üzrə yeni çağırışlarla tanış edib.

 

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova Marie Sklodovska-Küri Fəaliyyəti çərçivəsində fərdi və qrup şəklində tədqiqat imkanları, doktorantura və postdoktorantura səviyyəsində fərdi təqaüd təklifləri haqqında məlumat verib.

 

Təqdimatlar ətrafında maraqlı müzakirələr aparılıb və MƏŞŞ-lə görüşlərin mütəmadi keçirilməsi təklif edilib.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi