AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

02.05.2023 /

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin aktivliyi orta səviyyədə olub, 3288 oblastında M 1.8  və 3293 oblastında M 2.4 sinifli alışma qeydə alınmışdır. Hazırda Günəşin səthində  6 ləkə qrupu və 105 ləkə var.  Tac dəliyi müşahidə olunur. 29 apreldə II dərəcəli haloya malik CME (Coronal Mass Ejections - Tac Kütlə Atılması) baş vermişdir.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində yüksək səviyyədə olmuşdur ( max: 12967 pfu). Enerjisi  10 MeV-dən çox enerjili proton seli isə həftənin əvvəli qeyri-stabil sonra isə fon səviyyəində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 740 km/s  qeydə alınmışdır. Hal-hazırda isə bir qədər zəifləyərək 532.9 km/s təşkil edir. Planetlərarası maqnit sahəsinin qiyməti isə zəifləmişdir. Hal-hazırda Yer orbitində planetlərarası maqnit sahəsinin qiyməti  3.5 nT, radial istiqamətdə isə 1.25 nT təşkil edir.

Hesabat dövründə gözlənildiyi kimi geomaqnit sahəsi qeyri-stabil olmuş, 28-29 aprel tarixlərində aktivlik qısamüddətli də olsa, G1 səviyyəsinə kimi  yüksəlmişdir.  Hal-hazıra kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (01-07 may) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3)  sinif isə 5% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyəyə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində olacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 5% təşkil edir.

Günəş küləyinin sürətinin bir neçə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə sürətini saxlayacağı, 29 apreldə baş vermiş CME-nin təsiri ilə isə yenidən artacağı gözlənilir.

21 apreldə baş vermiş CME-nin təsiri davam etdiyindən, hal-hazırda Kp indeksi 2 olsa belə,  G1 (zəif) səviyyəli qasırğa ola bilər, ardınca isə mənfi qütblü CH HSS və dünən baş vermiş CME-nin təsiri ilə qeyri-stabil kosmik hava şəraiti proqnozlaşdırılır.

Mənfi qütblü CH HSS-lərin davamlı təsiri səbəbindən geomaqnit sahəsinin aktiv olacağı gözlənilir.

dim.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap