AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

OpenAI şirkəti fərdi süni zəka çiplərini hazırlamağı nəzərdən keçirir

12.10.2023 /

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti özünün süni zəka çiplərini hazırlamağı nəzərdən keçirir. Bunun sayəsində şirkət bazarda süni zəka prosessorlarının hazırlanması ilə məşğul olan istehsalçılardan asılılığını aradan qaldırmaq istəyir. Bu cür istehsalçılar siyahısına həmçinin NIVIDA şirkəti də daxildir. Bundan əlavə olaraq OpenAI bu üsul ilə özünü lazımi sayda süni zəka çipləri ilə təmin etmək istəyir. Reuters saytının verdiyi məlumata əsasən keçən il OpenAI şirkətində heç də ucuz qiymətə satılmayan süni zəka çiplərinin çatışmazlığı probleminin aradan qaldırılması üzrə müxtəlif müzakirələr aparılıb. Buna görə də şirkət fərdi süni zəka çipini hazırlamaq, NVIDIA kimi istehsalçılar ilə daha sıx əməkdaşlıq etmək və süni zəka prosessorlarının istehsalçılarının diversifikasiyası kimi variantları nəzərdən keçirir.

 

OpenAI şirkətinin CEO-su Sam Altman çoxlu sayda süni zəka prosessorunun əldə edilməsini şirkətin əsas prioritetlərindən biri hesab edir. O, iki problemə istiqamətlənib. OpenAI şirkətinin proqram təminatlarının çalışmalarını təmin edən aparıcı süni zəka prosessorlarının çatışmazlığı və şirkət məhsullarının çalışmalarından cavabdeh olan hardware təminatının xidməti üçün sərf edilən inanılmaz vəsaitlər. OpenAI özünün generativ süni zəka texnologiyasını Microsoft tərəfindən hazırlanmış superkompüterdə hazırlayır. Sözügedən superkompüter özündə NVIDIA-nın 10 000 ədəd qrafik prosessorunu birləşdirir. Analitiklərin hesablamalarına əsasən bir istifadəçinin ChatGPT-yə göndərdiyi bir sorğu OpenAI şirkətinə 0.04$-a başa gəlir.

 

Əgər sorğuların sayı Google Search-ə göndərilən sorğuların sayının 1/10 hissəsini təşkil etsə, çat-botun çalışması üçün ümumi dəyəri 48.1 milyard dollar təşkil edəcək süni zəka çipinə ehtiyac duyulacaq. OpenAI şirkətinin dəqiq şəkildə öz süni zəka çipini hazırlayıb-hazırlamayacağı bilinmir. Bu cür layihə hər il yüz milyonlarla dollar vəsait tələb edə bilər. Hətta bu cür vəsaitin sərf ediləcəyi halda müsbət nəticələrin əldə ediləcəyinə zəmanət verilmir. Bu prosesi süni zəka çiplərinin istehsalı ilə məşğul olan hansısa şirkətin alınması vasitəsilə sürətləndirmək olar. Məlumata əsasən OpenAI hətta bu cür variantı da nəzərdən keçirib.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap