AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

25.12.2023 /

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş orta səviyyəli fəallıq göstərmişdir. Maksimal sinifli alışma 3519 oblastında M3.33 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində radiosiqnalların ötürülməsində R1 dərəcəli fasilələr yaranmışdır. Həmçinin Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır.  Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 113 ləkə müşahidə olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 1867 pfu-ya kimi yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti 835 km/san-dək yüksəlmişdir. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti  Yer orbitində 13 nT, radial istiqamətdə isə  -11 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 435 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə  4 nT təşkil edir.

Hesabat dövrü ərzində 19-20 dekabrda geomaqnit sahəsinin G1 (zəif) səviyyəsinədək yüksəlməsi qeydə alınmışdır. Hal-hazırda Kp indeksi 1-ə bərabərdir və geomaqnit sahə sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (25-31 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyi sürətinin 24 dekabrda baş vermiş TKA təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi – 24 dekabrda baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və 27 dekabrda Yerə çatacağı gözlənilir. Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Sonra isə geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır. 

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap