
İnqilabi bir kəşflə "yuxular arası əlaqə" dövrü başlayır!
10.10.2024 /
Neyrotexnologiya sahəsində fəaliyyət göstərən REMspace startapı, elmi fantastikaya bənzəyən bir inkişafla lusid yuxu zamanı insanlar arasında ilk dəfə ikitərəfli ünsiyyətə nail olduğunu açıqlayıb.
İnsanın yuxu gördüyü zaman, yuxu gördüyünü dərk etdiyi bu tip yuxulara lusid yuxu, yaxud da daha aydın izah üçün şüurlu yuxu demək olar. Siz də mütləq belə bir yuxu təcrübəsi yaşamısınız. Bəs bu zaman tanıdığınız biri ilə eyni yuxunu paylaşmaq necə? Görünür, yuxu üzərində işləyən və şüurlu yuxu ilə bağlı tədqiqatlar aparan REMspace, xüsusi hazırlanmış avadanlıqlarla bunu bacarıb. Hələlik elm ictimaiyyəti tərəfindən təsdiqlənməmiş bu iddia doğru çıxarsa, yuxu tədqiqatlarında yeni bir mərhələ başlaya bilər. Şirkət, xüsusi avadanlıqlar istifadə edərək 2 şəxsin uğurla lusid yuxu gördüyünü və bu müddət ərzində bir-birilərinə mesaj göndərdiklərini iddia edir.


