AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İnqilabi bir kəşflə "yuxular arası əlaqə" dövrü başlayır!

10.10.2024 / Maraqlı məlumatlar

Neyrotexnologiya sahəsində fəaliyyət göstərən REMspace startapı, elmi fantastikaya bənzəyən bir inkişafla lusid yuxu zamanı insanlar arasında ilk dəfə ikitərəfli ünsiyyətə nail olduğunu açıqlayıb.
İnsanın yuxu gördüyü zaman, yuxu gördüyünü dərk etdiyi bu tip yuxulara lusid yuxu, yaxud da daha aydın izah üçün şüurlu yuxu demək olar. Siz də mütləq belə bir yuxu təcrübəsi yaşamısınız. Bəs bu zaman tanıdığınız biri ilə eyni yuxunu paylaşmaq necə? Görünür, yuxu üzərində işləyən və şüurlu yuxu ilə bağlı tədqiqatlar aparan REMspace, xüsusi hazırlanmış avadanlıqlarla bunu bacarıb. Hələlik elm ictimaiyyəti tərəfindən təsdiqlənməmiş bu iddia doğru çıxarsa, yuxu tədqiqatlarında yeni bir mərhələ başlaya bilər. Şirkət, xüsusi avadanlıqlar istifadə edərək 2 şəxsin uğurla lusid yuxu gördüyünü və bu müddət ərzində bir-birilərinə mesaj göndərdiklərini iddia edir.

REMspace-in təsisçisi Michael Raduga, 2023-cü ilin may ayında öz kəllə sümüyünə mikroçip yerləşdirərək yuxularını idarə etmək məqsədilə bir təcrübə aparmış və bu hadisə dünya miqyasında böyük maraq doğurmuşdu. Raduga, bu çipin REM yuxusu zamanı beynin motor korteksini stimullaşdırmaq üçün hazırlandığını iddia edir. Bu təhlükəli təcrübə zamanı ölümcül qan itirmə riski ilə üzləşməsinə baxmayaraq, Raduga hələ də təcrübənin potensialına inanır. Şirkət, təcrübələri bir-birindən uzaqda olan 2 iştirakçı üzərində həyata keçirdiyini bildirir. Məlumatlara görə, server ilk iştirakçıya yuxu gördüyü zaman təsadüfi bir söz göndərib və iştirakçı da bu sözü yuxusunda təkrarlayıb. Təkrarlanan söz və cavab server tərəfindən qeydə alınıb. 8 dəqiqə sonra ikinci iştirakçı lusid yuxusunda bu mesajı qəbul edib və təsdiqləyib.
 
Şirkət bununla yuxularda ilk dəfə “söhbət” aparıldığını söyləyir.
 
REMspace, xüsusilə REM yuxusu zamanı baş verən şüurlu yuxuların müxtəlif tətbiq sahələrinə sahib olduğunu bildirir. Şirkət, şüurlu yuxunun psixi sağlamlıq problemlərinin həllindən tutmuş yeni bacarıqların öyrənilməsinə qədər geniş istifadəyə malik ola biləcəyini iddia edir. Raduga, şüurlu yuxuların köməyi ilə kabusların azalacağını, fobiyalarla üzləşmənin mümkün olacağını və şəxsi problemlərin həll ediləcəyini bildirir. REMspace əlavə olaraq, yuxular zamanı aşkar edilə bilən bir yuxu dili inkişaf etdirdiyini açıqlayıb. “Remmyo” adlanan bu dilin, elektromioqrafiya sensorları vasitəsilə yuxu zamanı yaranan səslərin tutularaq ünsiyyət üçün istifadə edilə biləcəyi irəli sürülür. Ancaq bu texnologiyanın da elmi cəhətdən təsdiqlənməsi hələ baş verməyib.
 
REMspace-in tədqiqatları elmi olaraq təsdiqləndiyi halda, yuxu tədqiqatlarında yeni bir dövr başlaya bilər. Şirkət, daha mürəkkəb ünsiyyət formalarına imkan verəcək texnologiyalar üzərində işlədiyini və gələcəkdə yuxu zamanı tam söhbətlərin aparılmasının mümkün olacağını iddia edir. Raduga, bir neçə il ərzində yuxu ünsiyyətinin geniş yayılacağını proqnozlaşdırır. Ancaq bu iddiaların təsdiqlənməsi üçün elmi dünyadan rəsmi araşdırmalar gözlənilir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi