AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər səs dalğalarını yalnız bir istiqamətdə ötürə bilən cihaz hazırlayıblar!

14.10.2024 /

Səs mənbəyini tərk etdikdən sonra dalğalar kimi hər tərəfə yayılır. Lakin alimlər səs dalğalarının yalnızca tək bir istiqamətə doğru hərəkət etməsini təmin edən bir cihaz hazırlayıblar.
Hazırlanan cihaz, 3 bərabər aralıqlı bağlantı nöqtəsi olan disk şəklində bir boşluqdan ibarətdir. Hər bir bağlantı nöqtəsi həm səs dalğalarını göndərə, həm də qəbul edə bilir. Lakin cihaz işləmədiyi zaman, bağlantı nöqtələri səs dalğalarını bərabər səviyyədə qəbul edir. Yəni, bir nöqtədən göndərilən səs digər 2 nöqtədə eyni səviyyədə qəbul edilə bilir və əks-səda (eko) edərək mənbəyə geri dönür.

Ancaq sistem işə salındıqda vəziyyət dəyişir. Cihaz, müəyyən sürətlə və intensivlikdə dövran edən hava axını sayəsində səs dalğalarının yalnız bir istiqamətə getməsini təmin edir. Məsələn, birinci nöqtədən gələn səs yalnız ikinci nöqtə tərəfindən eşidilir, üçüncü nöqtə isə bu səs dalğasını eşitmir. Beləliklə, səs dalğaları yalnız müəyyən bir istiqamətə hərəkət edir və enerjilərini itirmədən hədəfə çatır.
 
 
Cihazın uğurunun arxasında duran əsas faktor, səs dalğalarının titrəşimlərlə uyğun şəkildə sinxronlaşdırılmasıdır. Bu sinxronizasiya sayəsində dalğalar istiqamətləndirilərkən eyni zamanda güc qazanır və zəifləmədən irəliləyir. Alimlər bu effekti "səs üçün dönmə meydançası" kimi xarakterizə edirlər. Dairəvi boşluqdakı hava axını, dalğaların enerjisini artıraraq onların hədəf nöqtəyə daha güclü çatmasını təmin edir. Bu kəşf, səs dalğalarının tək istiqamətdə ötürülməsi ilə məhdudlaşmaya bilər. Tədqiqatçılar, eyni metodun elektromaqnit dalğalar kimi digər dalğa növlərini yönləndirmək üçün də istifadə oluna biləcəyini düşünürlər. Bu isə daha effektiv radar və rabitə sistemlərinin hazırlanması üçün yeni imkanlar aça bilər.
 
Bəzi hallarda, səs dalğalarının yalnız tək istiqamətdə ötürülməsi vacib ola bilər. Məsələn, səs-küyü aradan qaldırma sistemlərində bu texnologiyanın istifadəsi istənməyən səslərin qarşısının alınması baxımından böyük üstünlük verə bilər. 2014-cü ildə Texas Universitetindən tədqiqatçılar, hava axını ilə işləyən bir rezonans halqası istifadə edərək bənzər bir cihaz hazırlamışdılar. Lakin o cihazda səs dalğaları hədəfə doğru irəlilədikcə zəifləyirdi. ETH Zurich komandası isə bu enerji itkisini aradan qaldıraraq dalğaların həm istiqamətləndirilməsini, həm də güclənməsini təmin edib.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap