AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Yaxın zamanda GPT-4.5 və GPT-5 istifadəyə veriləcək

13.02.2025 /
OpenAI şirkətinin baş direktoru Sam Altman gələcək GPT-4.5 və GPT-5 süni zəka modelləri ilə bağlı şirkətin planlarını ətraflı izah edib. O, X (keçmiş Twitter) sosial şəbəkəsində paylaşmış olduğu yazıda OpenAI-nin məhsul xəttinin getdikcə daha mürəkkəb hala gəldiyini etiraf edib və şirkətin təkliflərini sadələşdirmək istədiyini bildirib. "Biz model seçiciliyini sizin qədər sevmirik və yenidən sehrli, vahid süni zəkaya qayıtmaq istəyirik" - deyə Altman qeyd edib. Şirkət GPT-4.5 modelini təqdim etməyi planlaşdırır. Sam Altman-ın sözlərinə görə, bu model Orion adı ilə şirkət daxilində tanınır və "OpenAI-nin məntiq yürüdə bilməyən son modeli" olacaq.
Xatırladaq ki, OpenAI Orion modelini keçən ilin oktyabrında təlimatlandırıb. Daha sonra məlum olub ki, şirkət bu prosesi həyata keçirərkən yüksək xərclərlə və məlumat çatışmazlığı ilə üzləşib. Altman qeyd edib ki, GPT-4.5 istifadəyə verildikdən sonra əsas məqsəd "o" seriyası modelləri ilə GPT seriyası modellərini birləşdirməkdir. Bununla OpenAI bütün alətlərdən istifadə edə bilən, nə vaxt dərin düşünməli və nə vaxt daha sürətli qərar verməli olduğunu anlayan və geniş çeşiddə tapşırıqlar üçün faydalı olacaq sistemlər yaratmaq istəyir. Sam Altman-ın sözlərinə görə, ChatGPT və OpenAI API vasitəsilə şirkət GPT-5-i müxtəlif texnologiyaları, o cümlədən o3 modelini özündə birləşdirən vahid bir sistem kimi təqdim etməyi planlaşdırır.
O, əlavə edib ki, "biz artıq o3 modelini ayrıca təqdim etməyəcəyik". OpenAI o3 modelini dekabrda, onun daha sadə versiyası olan o3-mini-ni isə yanvarda istifadəyə verdi. Altman bildirib ki, GPT-5 istifadəyə verildikdən sonra pulsuz ChatGPT istifadəçiləri standart zəka səviyyəsində GPT-5-dən limitsiz istifadə edə biləcəklər, lakin sui-istifadənin qarşısını almaq üçün bəzi məhdudiyyətlər tətbiq olunacaq. Bundan əlavə, Plus tarif planında olan ödənişli istifadəçilər GPT-5-dən daha yüksək zəka səviyyəsində istifadə edə biləcəklər, Pro abunəçiləri isə daha da inkişaf etmiş zəka səviyyəsinə çıxış əldə edəcəklər. Altman GPT-4.5 və GPT-5-in dəqiq nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb, lakin bu prosesin bir neçə həftə və ya ay çəkəcəyini qeyd edib.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap