AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda magistrantların qış imtahan sessiyası uğurla başa çatmışdır

01.02.2021 / Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 24 dekabr 2020-ci il tarixli 469 №-li “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən İdarəetmə Sistemləri İnstitutunda 2020-ci il dekabrın 30-dan 2021-ci il fevralın 2-dək magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası keçirilmişdir. Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq imtahanların keçirilməsi Zoom platforması üzərindən online şəkildə təşkil edilmişdir.

Sessiya ərzində “Kömpüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə I kursda təhsil alan 4 magistrant ümumilikdə 8 imtahanda; “Riyaziyyat”, “Kömpüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə II kursda təhsil alan 10 magistrant isə ümumilikdə 16 imtahanda iştirak etmişdir.

01 fevral 2021-ci il tarixində qış imtahan sessiyasının son imtahanları I kurs magistrantlar üçün keçirilmişdir. “Kömpüter elmləri” ixtisası üzrə təhsil alan magistrantlar fənn müəllimi, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin tədris etdiyi “İntellektual sistemlərin müasir problemləri” fənnindən, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrant fənn müəllimi, texnika üzrə fəlsəfə doktoru, dosent Tahir Əlizadənin tədris etdiyi “Kibernetika elminin tarixi və metodologiyası” fənnindən imtahanlarda iştirak etmişdir. Bütün magistrantlar yüksək qiymətləndirilmişdir. İmtahanlarda İnstitutun Təhsil Şöbəsinin rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva da iştirak etmişdir.

Bununla da, İdarəetmə Sistemləri İnstitutunda 2020/2021-ci tədris ilinin qış imtahan sessiyası uğurla başa çatdırılmışdır.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi