AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi

03.02.2021 / Xəbərlər

AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günündə dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş onlayn seminar keçirilib. Seminarda İnstitutun rəhbərliyi, GAMŞ üzvləri, Təhsil və İctimaiyyətlə Əlaqələr şöbələri nümayəndələri və qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində fəaliyyət göstərən alimlər iştirak etdilər. Həmçinin tədbirə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU), Azərbaycan Diplomatik Akademiyasının (ADA), Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nümayəndələri və Bakı Dövlət Universitetinin (BDU), Sumqayıt Dövlət Universitetinin (SDU) bir qrup tələbələri dəvət olunmuşdur.

Tədbiri giriş nitqi ilə açan institutun GAMŞ sədri, r.ü.f.d. Rəşad Məstəliyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq sərəncama əsasən ölkədə Gənclər Siyasətinin təməli qoyulmuşdur və bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən həmin siyasət uğurla davam etdirilir. O, AMEA-da müasir Azərbaycan gəncliyinin elm və təhsil sahəsi ilə bağlı dövlət proqramlarının icrasında fəal iştirakını ehtiva edən layihələri nəzərə çatdırıb və bu layihələrin gənclərin elmi inkişafında əhəmiyyətli rolunu qeyd edib.

Sonra İnstitutun baş direktoru, akademik Əli Abbasov seminar iştirakçılarını Gənclər günü münasibətilə təbrik edərək qeyd etdi ki, çox fərəhli haldır ki, BMT-nin Gənclər günü elan edilməsindən bir il öncə bu bayram Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci ildə Azərbaycanda elan olunmuşdur. Ə.Abbasov Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının dövlət siyasətinin həmişə prioritet istiqamətlərindən biri olduğunu qeyd etdi. O dedi ki, gənclərin bilik və bacarıqlarını yüksək qiymətləndirən Ümummilli liderin bu istiqamətdə siyasi kursu hazırda Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Akademik “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf Proqramı”nın prioritet istiqamətlərini qeyd edərək ölkədə yüksək səviyyəli gənc kadrların yetişməsi istiqamətində AMEA-da görülən əməli tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır. O, dövlət başçısı tərəfindən cari ilin 25 yanvar tarixli Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına müvafiq olaraq AMEA-da keçirilməsi nəzərdə tutulan elmi konfranslarla bağlı seminar iştirakçılarını məlumatlandırdı.  Ə.Abbasov İnstitutda Gənclər günü keçirilən tədbirin məhz Lütfi Zadənin 100 illik yubileyinə həsr edilməsini çox sevindirici hal olduğunu qeyd etdi.
Ə.Abbasov Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2011-ci il tarixli sərəncamına əsasən “Elm və texnologiyaların inkişafına verdiyi töhfələr və mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə” Lütfi Zadənin “Dostluq” ordeni ilə təltif edildiyini və həmin ildən başlayaraq Lütfi Zadə elminə həsr olunmuş konfransların həyata keçirildiyini diqqətə çatdırdı.

Akademik sonda Lütfi Zadənin qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsinin son nəticələrini və gələcək inkişaf istiqamətini də qeyd etdi.

Sonra GAMŞ sədr müavini, k.e.i. Lamiyə Nəcəfova çıxış edərək pandemiya dövründə gənclərin müxtəlif sosial layihələrdə iştirakından və “Bu günün təhsilli gənci - sabahın qəhrəmanıdır” adlı layihəsindən söz açmışdır.

Seminarın əsas məruzəçisi olan İSİ-nin baş elmi işçisi, professor, t.e.d. Ramin Rzayev çıxış edərək qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdən olduğunu qeyd etmişdir. R.Rzayev Zadənin irəli sürərək inkişaf etdirdiyi nəzəriyyələrin müxtəlif elm sahələrinin, xüsusilə də süni intellekt sahəsində tədqiqatların inkişafına təkan verdiyini  və bu nəzəriyyələrin üstün intellektual texnologiyalara güclü təsir göstərərək müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadıqlarını vurğulamışdır. R.Rzayev Soft Computing texnologiyası mövzusunda təqdimat nümayiş etdirərək tədbir iştirakçılarına 5 laylı neyron şəbəkələr modeli haqqında ətraflı məlumat vermişdir.

Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxışında Lütfi Zadə ilə bağlı xatirələrini bölüşərək insan fəaliyyətinin ən maraqlı istiqamətinin elm olduğunu vurğulayıb və gənclərə bu məsuliyyətli işdə uğurlar diləyib.

Daha sonra seminarda r.e.d., professor İlqar Məmmədov, AzMİU-nun Strateji İnkişaf üzrə prorektoru, t.e.d. Ülkər Səttarova, ADİU-nin dosenti, r.ü.f.d. Hilalə Cəfərova, ADA Universitetinin dosenti, t.ü.f.d Samir Rüstəmov və İSİ-nin magistrantı Pünar Quliyeva Lütfi Zadə irsi, süni intellekt və Data science mövzuları ətrafında çıxış etdilər.

Sonra İSİ-nin Təhsil şöbəsinin rəhbəri, r.ü.f.d. Sevinc Quliyeva çıxış edərək Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci ildən AMEA-da Magistratura pilləsinin yaradılmasının elmin inkişafında gənclərin rolunun artırılmasına təkan verdiyini qeyd etmiş və magistrların yüksək səviyyədə təhsil alması və inkişafı üçün yardılan şəraitdən söz açmışdır.

Tədbirdə, həmçinin AMEA İSİ-nin dissertantı, elmi işçi Vüqar Həşimov, Arxeologiya və Etnoqrafiya  İnstitutunun magistrantı Nərmin Abbaszadə çıxış edərək AMEA-nın magistraturasında tədrisin üstünlüyündən söz açıblar.
Sonda akademik Ə.Abbasov dövlət quruculuğunda gənclərin iştirakı və onların mənəvi inkişafı üçün ölkədə yaradılan yüksək şəraitin böyük diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd etmiş və gəncləri təbrik edərək onlara elmi fəaliyyətlərində uğurlar arzulamışdır.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi