Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • İllik hesabat
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirildi

06.03.2021 / Elmi şuranın iclasları

05 mart 2021-ci il tarixində AMEA-nın İdarəetmə Sistemləri  İnstitutunun (İSİ) Elmi şurasının iclası onlayn formatda keçirilmişdir. İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə və dəvət olunmuş qonaqlar iştirak edirdilər.  

İnstitutun baş direktoru, akademik Əli Abbasov iclası açaraq ilk öncə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə müəssisənin xanımlarını  təbrik edib. Ə.Abbasov Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasının məhz Heydər Əliyevin birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyasının təşkil etdiyini xüsusi qeyd etmişdir.  Ə.Abbasov qeyd etdi ki,  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qadınlarla bağlı dövlət siyasətini təmin etməsi nəticəsində müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur.  O, Azərbaycan qadınının ictimai-siyasi fəallığının artdığını və ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyinin təmin olunduğunu vurğuladı.
Ə.Abbasov dedi ki, Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. O, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi və bu qərarın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmasını da Azərbaycan qadınına etimadın nə qədər yüksək olduğunun bir daha təsdiqləyini xüsusilə qeyd etdi.
Sonra İSİ Qadınlar şurasının sədri dosent Rəna Əsədova çıxış edərək 8 mart Qadınlar Gününün tarixindən və Azərbaycan qadınlarının elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlarından söz açmış və xanımları əlamətdar gün münasibətilə təbrik etmişdir.

Daha sonra Ə.Abbasov bildirdi ki, Elmi Şuranın gündəliyindən irəli gələn birinci məsələ İnstitutun “İnformatics and Problems” jurnalının baş redaktorunun təyin edilməsidir. Bununla bağlı həmin vəzifəyə AMEA-nın müxbir üzvü Ağasi Məlikovun namizədliyi təklif olundu və yekdilliklə qəbul olundu.

Ə.Abbasov davam edərək növbəti məsələnin laboratoriyaların elmi fəaliyyətini əks etdirən göstəricilərin müzakirə edilməsi olduğunu bildirərək sözü institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova verdi.
Ə.Sadıqov laboratoriyaların elmi fəaliyyətini və nailiyyətlərini əks etdirən göstəriciləri elmi şura iştirakçılarına təqdim etdi. O, laboratoriyaların elmi tədqiqat işlərinin qiymətləndirilməsinin tətbiq edilmiş işlər, elmi əsərlərə istinadlar, çap olunmuş elmi əsərlərin sayı və s. göstəricilər nəticəsində aparılmasının məqsədəuyğun olduğunu şura iştirakçılrına bildirdi. Məsələ ətrafında müzakirələr aparıldı və qərarlar qəbul edildi.

Sonra İSİ-nin 3.1 saylı laboratoriyasının aparıcı elmi işçisi, t.ü.f.d. E.E.Mustafayevə dosent elmi adı verilməsi haqqında məsələ müzakirəyə qoyuldu və Zoom proqramı vasitəsilə gizli səsvermə keçirilərək yekdilliklə qəbul olundu.
Sonra gündəlikdəki digər məsələlər, o cümlədən İnstitutun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbulu, elmi seminarın fəaliyyəti, sənəd dövriyyəsinin elektronlaşdırılması, karantin rejimi dövründə işçilərin işə davamiyyətinin tənzimlənməsi  və s. haqqında məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edildi. İSİ-nin icraçı direktoru Əminağa Sadıqov, elmi katib Zəhra Əzizova, akademik Telman Əliyev, müxbir üzvlər Qorxmaz İmanov, Kamil Aydazadə, Ağasi Məlikov, professorlar Knyaz Məmmədov, Kamil Mənsimov, Yadulla Həsənli, Elçin Əliyev, Nailə Musayeva, Ramin Rzayev, İlqar Məmmədov, t.e.d., dosentlər Asif Rzayev, Fəhrad Paşayev, dosent Gülçin Abdullayeva, kadrlar şöbəsinin müdiri Gülnar Quliyeva, i.ü.f.d. Aygün Əliyeva və başqaları çıxış edərək öz rəy və təkliflərini bildirdilər.

Tweet
ELANLAR
  • 06.02.2023
    “Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçiriləcək
  • 02.02.2023
    İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçiriləcək
  • 01.02.2023
    2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 31.01.2023
    Türkiyədə doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təhsil imkanı
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu