AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Gənc Alim və Mütəxəssislər Şurasının “Elm Günü”nə həsr olunmuş iclası keçirilib

17.03.2021 / Xəbərlər

AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının “Elm Günü”nə həsr olunmuş onlayn iclası keçirilib. Seminarda GAMŞ üzvləri, Təhsil və İctimaiyyətlə Əlaqələr şöbələri nümayəndələri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Tədbir İSİ İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri, i.ü.f.d Aygün Əliyevanın moderatorluğu ilə baş tutub. A.Əliyeva iştirakçıları bu əlamətdar gün münasibəti ilə təbrik edib və Elm Gününün təsis olunmasının gənclərin elmə cəlb olunmasına, elmi nailiyyətlərin təbliğinə geniş imkan yaratdığını vurğulamışdır.

İclası giriş nitqi ilə açan institutun GAMŞ sədri, r.ü.f.d. Rəşad Məstəliyev bildirib ki, ölkə başçısının sərəncamı ilə Elm Gününün təsis olunması AMEA-nın yaradıldığı günə təsadüf edərək xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. R.Məstəliyev tədbir iştirakçılarına Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların V beynəlxalq elmi konfransı” barədə məlumat verib.

GAMŞ sədr müavini, k.e.i. Lamiyə Nəcəfova AMEA-nın respublikada elm sahəsində aparılan fundamental tədqiqatların əsas mərkəzi olduğunu vurğulayaraq elmin inkişafında gənclərin üzərinə düşən mühüm vəzifələrdən söz açmışdır. L.Nəcəfova enerji amilinin əhəmiyyətli rolundan bəhs edərək öz tədqiqat işi barədə iclas iştirakçılarına məlumat vermişdir.

Daha sonra dəvət olunan iştirakçılardan Azərbaycan Texniki Universitetinin (AzTU) doktorantı Elnur Sadıqov məlumatların idarə olunmasına dair təqdimatla çıxış etmişdir. O, müasir dövrdə informasiya axını, məlumatların idarə olunmasının önəmini qeyd edərək bu sahədə son elmi yeniliklərdən söz açdı.

Sonra r.e.d., professor İlqar Məmmədov, r.ü.f.d., dosent Anar Rəhimov, İSİ-nin magistrantları Pünar Quliyeva və Rüstəm Əzimov çıxış edərək öz fikirlərini və təkliflərini iştirakçıların diqqətinə çatdırdılar.

Sonda Rəşad Məstəliyev Elm Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi