AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda Azərbaycanın ilk onlayn videokonfrans sistemi uğurla sınaqdan keçirildi

17.03.2021 / Xəbərlər

AMEA İdarəetmə Sistemləri İnstitutu  (İSİ) ilə elmi-texniki əməkdaşlıq çərçivəsində “SİNAM”  şirkətinin yaratdığı videokonfranslar, kollektiv onlayn müzakirələr və müxtəlif növ kütləvi onlayn tədbirlərin keçirilməsi üzrə virtual platforma kimi istifadə imkanlarına malik olan, müasir tələblərə cavab verən, xüsusilə ilk yerli istehsal olan “MEETADORE” proqram təminatı sınaqdan  keçirilib. Sınaq videokonfransı institutun rəhbərlyi, elmi şura üzvləri və “SİNAM”  şirkətinin nümayəndə heyətinin birgə iştirakı ilə keçirilmişdir.

Konfransda “SİNAM” şirkətinin direktoru Əbülfət Rəhmanov proqram təminatının geniş imkanlarını iştirakçılara nümaiş etdirmiş və istifadəyə tam hazır olduğunu qeyd etmişdir. Ə.Rəhmanov “Meetadore” sisteminin səsli və görüntülü danışığı təmin edən video konfrans proqram təminatı olduğunu bildirdi. O, sistemin COVID-19 və digər bu kimi problemlərlə üzləşən təşkilatların daha çevik və effektiv kommunikasiyası üçün geniş perspektivlər açdığını və müasir tələblərə cavab verməklə yanaşı, dünyadakı digər analoqlarından fərqli olaraq milli təhlükəsizlik baxımından daha əlverişli olduğunu qeyd etdi.

Ə. Rəhmanov “Meetadore” sisteminin  video-konfrans şəklində danışıqların təmin olunması ilə yanaşı, görüşlərin yaradılması, iştirakçıların əlavə edilməsi, görüşdən sonra videoyazının saxlanması, keçirilən görüşün protokolunun hazırlanması proseslərini də özündə əks etdirdiyini iştirakçıların diqqətinə çatdırdı. O, bu sistemin təkcə onlayn deyil, həmçinin oflayn görüşlər üçün də nəzərdə tutulduğunu bildirdi. Ə.Rəhmanov sistemin oflayn görüş növündə iştirakçılara görüşün tarixi və yeri haqqında məlumat vermək, görüşdən sonra protokol, videoyazı və fayl yükləmək imkanlarına malik olduğunu vurğuladı. Sınaq zamanı həm sistemin video-konfrans zamanı müəyyən məsələlərin səsverməyə çıxarılması, görüş iştirakçıları tərəfindən gizli və ya açıq səsvermənin nəticələrinin görüş monitorunda əks olunması, görüş iştirakçılarının görüşün gedişinə mane olmadan hamıya və ya hər hansı bir iştirakçıya məlumat göndərməklə çat şəklində yazışması imkanları da nümayiş olundu.

Ə.Rəhmanov “Meetadore” sisteminin daha bir mühüm imkanından danışdı. Sistem əvvəlcədən tərtib olunmüş “gündəlik” (agenda) əsasında hər bir çıxış etməsi planlaşdırılan iştirakçı üçün onun çıxışa başladığı vaxtdan başlayaraq çıxışın davametmə müddətini əks etdirməklə  reqlament əsasında çıxışların idarə olunmasını təmin edir.

Sonra İSİ-nin baş direktoru, akademik Əli Abasov çıxış edərək xarici analoqları ilə eyni, həmçinin ölkəmizin spesifik tələblərinə uyğun əlavə funksiyaları istifadəçilərinə təqdim edən, informasiya təhlükəsizliyi baxımından daha əlverişli olan bu sistemin Azərbaycanda onlayn konfranslar üçün optimal platforma hesab edilə biləcəyini söylədi.  O, "Meetadore"sisteminin müəssisədaxili onlayn və oflayn görüşlərin idarə olunmasında daha çevik və effektiv imkanlar təmin etməsi üçün geniş perspektivlər yaradacağını xüsusi qeyd etdi.

Sonra konfrans iştirakçılarının sualları cavablandırıldı və "Meetadore" sisteminin təqdim olunan funksionallığı İSİ nümayəndələri tərəfindən yüksək qiymətləndirildi və sistemin Azərbaycanda və xarici ölkələrdə stifadəyə tam yararlı olduğu qərara alındı.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi