Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • İllik hesabat
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirildi

25.04.2021 / Elmi şuranın iclasları

Aprelin 23-də AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası onlayn formatda keçirilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə və dəvət olunmuş qonaqlar iştirak ediblər.

İclası institutun baş direktoru, akademik Əli Abbasov açaraq gündəlikdəki məsələlər barədə tədbir iştirakçılarına məlumat verib. Ə.Abbasov gündəlikdəki ilk məsələ olan İnstitutun doktoranturasına fəlsəfə doktoru hazırlığı üzrə qəbul haqqında məlumat vermək üçün sözü İnstitutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova verdi.

Əminağa Sadıqov çıxış edərək hər il olduğu kimi İSİ-nin elmlər doktoru və fəlsəfə doktoru pillələri üzrə doktorantura və dissertanturasına qəbulun həyata keçirildiyini bildirmişdir. Ə.Sadıqov doktorantura və dissertantura üzrə ayrılan plan yerləri, imtahanlar və qəbul nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Sonra mözvu ətrafında müzakirələr aparıldı və müvafiq qərarlar qəbul edildi.

Əli Abbasov davam edərək bildirdi ki, növbəti məsələ AMEA-nın həqiqi üzvü, görkəmli alim Asəf Hacıyevin 70 illik yubileyinin təşkili və keçirilməsi ilə bağlıdır. Ə.Abbasov A.Hacıyevin əmək fəaliyyəti haqqında məlumat verərək onun ümumilikdə dünya elminə mühüm töhfələr vermiş alimlərdən olduğunu qeyd edib. O, Asəf Hacıyevin Azərbaycan elminə, dövlətçiliyinə bəxş etdiyi yenilikərdən söz açaraq alimi 70 illik yubileyi münasibəti ilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra institutun laboratoriya müdiri, t.e.d. Yasin Rüstəmov çıxış edərək həyat yolu və uğurları barədə söhbət açmış Asəf Hacıyevin ölkənin elmi və ictimai-siyasi həyatında önəmli rol oynayan və Azərbaycanı xaricdə uğurla təmsil edən alimlərdən olduğunu qeyd etmişdir.

Daha sonra r.e.d. Rövşən Əliyev AMEA-nın həqiqi üzvü Asəf Hacıyevi 70 illik yubileyi münasibəti ilə təbrik edərək onun böyük alim, ictimai-siyasi xadim olduğunu bildirib. O, A.Hacıyevin ehtimal nəzəriyyəsi məktəbindən, bu sahədə yetişdirdiyi kadrlardan bəhs edib. R. Əliyev tədbir iştirakçılarına alimin əldə etdiyi önəmli elmi nəticələr və uğurlar barədə ətraflı məlumat  verib, xatirələrini bölüşüb.

Tədbirdə, həmçinin  AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək bildirib ki, A.Hacıyev böyük elmi xadim olmaqla yanaşı, xalqını sevən, onun qayğısına qalan vətənpərvər ziyalılardandır.  O, A. Hacıyevin İSİ-nin fəaliyyətində oynadığı mühüm roldan söhbət açaraq onu təbrik edib, ona can sağlığı və yeni elmi nailiyyətlər arzulayıb. 

Sonra AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və r.e.d İlqar Məmmədov da Asəf Haciyevi görkəmli alim, nəcib insan və nüfuzlu ziyalı kimi xarakterizə edib onu yubileyi münasibəti ilə təbrik etdilər.

Daha sonra akademik Asəf Hacıyev keçdiyi elm yolundan bəhs edərək İSİ-nin onun həyatında xüsusi rol oynadığını vurğulamış, institutun rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.

Sonda Elmi şura akademik Asəf Hacıyevin yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı AMEA-nın Fizika-riyaziyyat və texnika bölməsi qarşısında vəsatət qaldırılması barədə qərar qəbul etdi.

 

 

Tweet
ELANLAR
  • 06.02.2023
    “Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçiriləcək
  • 02.02.2023
    İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçiriləcək
  • 01.02.2023
    2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 31.01.2023
    Türkiyədə doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təhsil imkanı
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu