AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda Beynəlxalq Ailə gününə həsr olunmuş tədbir keçirilib

07.05.2021 / Xəbərlər

06 may tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Qadınlar şurasının təşkilatçılığı ilə 15 may Beynəlxalq Ailə gününə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə İnstitutun rəhbərliyi, Qadınlar şurası (QŞ), Gənc Alim və Mütəxəssislər Şurası, Həmkarlar təşkilatı, Təhsil və İctimaiyyətlə Əlaqələr şöbələrinin nümayəndələri və digərləri iştirak ediblər.  

Tədbiri İSİ QŞ-nın sədri, t.ü.f.d., dosent Rəna Əsədova giriş nitqi ilə açaraq 2021-ci ilin BMT Ailə gününün mövzusunun «Rəqəmsal texnologiyaların sosial inkişaf və ailə rifahına təsiri - meqatrendlər, iqlim dəyişmələri, miqrasiya trendləri» olduğunun qeyd etdi. O, BMT Ailə gününün tarixindən danışaraq onun təsis olunmasında əsas məqsədin dünya ictimaiyyətinin diqqətini ailə problemlərinə cəlb etmək, ailədə münasibətlərin tənzimlənməsini və  rifahı təmin etməkdən ibarət olduğunu bildirib. R.Əsədova qeyd edib ki, Azərbaycanda ailə siyasəti istiqamətində ölkə başçısının sərəncamları əsasında çoxsaylı dövlət proqramları, tədbirlər, sosial layihələr həyata keçirilir, komitələr yaradılır. R. Əsədova, həmçinin rəqəmsal texnologiyaların inkişafının cəmiyyətə təsiri ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov çıxış edərək ailə problemlərinə önəmli yerin ayrılması, bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, ailənin kiçik bir dövlət olduğunu və onun möhkəm olması cəmiyyətin də dayanıqlı və güclü olmasına bilavasitə təsir etdiyini qeyd edtmişdir. O, bildirib ki, Azərbaycanda ailə institutu öz dəyərləri, normaları, qadının önəmli rolu ilə seçilir və bir sıra üstün cəhətləri ilə bizi digər xalqlardan fərqləndirir.

Ə. Sadıqov qeyd edib ki, yüksək texnologiyaların yaranması inqilabi proses olaraq müsbət tendensiya kimi həyatımızın bütün sahələrində qadının rolunu artırır, məişətdə qadın əməyinin yüngülləşməsinə gətirib çıxarır. Lakin təəssüf ki, bu hal ailədaxili münasibətlərdə, xüsusən də uşaqlara diqqət və qayğı göstərilməsində müəyyən problemlərə səbəb olur. Bu istiqamətdə görülən işlərdən bəhs edən alim KİV-də nümunəvi ailə modelinin işıqlandırılmasının zəruri olduğunu vurğulayıb. 

Daha sonra r.ü.f.d., dosent Gülçin  Abdullayeva sosial şəbəkələrin yaranması ilə ailədə, ümumən cəmiyyətdə baş verən dəyişiklərdən söz açıb. O, qeyd edib ki, texnologiyaların inkişafı ilk öncə insanların həyatında əlverişli rol oynasa da təəssüf ki, bir çox problemlərə də yol açmış və cəmiyyəti əsaslı şəkildə dəyişmişdir. Dünya əhalisinin yarısının istifadə etdiyi sosial şəbəkələrdə yer alan saxta məlumatlardan danışan alim bildirib ki, dezinformasiyaların artması cəmiyyətdə çaşqınlığa səbəb ola bilər. G. Abdullayeva, həmçinin yoxsulluq, ana və uşaq problemlərinin azaldılması, qadınlar arasında savadlılığın artırılması və bu istiqamətdə görülən işlərdən söhbət açdı.

Tədbirdə çıxış edən r.e.d. İlqar Məmmədov iqlim, su,  miqrasiya  problemlərinin ailədə,  ümumilikdə cəmiyyətdə törədə biləcəyi mənfi təsirlərdən söz açıb,  qadının ailədəki önəmli rolundan bəhs edib.

Sonda t.ü.f.d. Rəhilə Sadıqova rəqəmsal texnologiyaların insan həyatına mənfi və müsbət təsirlərindən bəhs edib və texnologiyaların pandemiya dövründə insanların gündəlik fəaliyyətində oynadığı önəmli roldan danışıb.

 

Tweet
ELANLAR
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
  • 06.03.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
  • 05.03.2026
    “8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi