AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İdarəetmə Sistemləri İnstitutunda «Rəqəmsal ödənişlər və təhlükəsizlik tədbirləri» mövzusunda seminar keçirilib

04.06.2021 / Xəbərlər

04 iyun 2021-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «Rəqəmsal ödənişlər və təhlükəsizlik tədbirləri» mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun və Azərbaycan Mərkəzi Bankının əməkdaşları iştirak ediblər. Ölkəmizdə pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi rejim nəzərə alınaraq seminar onlayn formatda Zoom platforması üzərindən həyata keçirilib.

Tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, Mərkəzi Bankın əməkdaşı Xəyaləddin Tağıyev «Rəqəmsal ödənişlər və təhlükəsizlik tədbirləri» mövzusunda təqdimatla çıxış edərək xüsusilə, müasir dövrün tələblərindən irəli gələn onlayn ödənişlər, insanların bu zaman üzləşdiyi təhlükəsizlik problemləri, o cümlədən kart məlumatlarının məxfiliyi, mühafizəsi, 3D şifrələr və digər məsələlər barədə ətraflı məlumat verib.

X. Tağıyev, həmçinin Elektron bankçılıq xidmətləri, o cümlədən mobil bankçılıq, terminal bankçılıq, telefon bankçılıq, internet bankçılıq və başqa önəmli nüanslar haqqında seminar iştirakçılarına ətraflı şəkildə faydalı məlumatlar verib. Mövzu ətrafında müzakirələr aparılıb və bir sıra suallar cavablandırılıb.

Sonda İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 2-4 iyun 2021-ci il tarixlərində İSİ-də Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində keçirilən seminarları yüksək qiymətləndirərək müasir dövrün tələbi ilə əhalinin maliyyə savadlılığının artırılmasının zəruriliyi barədə söz açıb. Ə. Sadıqov İSİ-nin müxtəlif dövlət qurumları ilə aktual istiqamətlərdə daim əməkdaşlıq etdiyini vurğulayaraq bu qəbil tədbirlərin önəminə toxunub və tədbir iştirakçılarına təşəkkürünü ifadə edib.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi