AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda üçtərəfli görüş keçirilmişdir

17.09.2021 / Xəbərlər

15 sentyabr 2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutu (İSİ), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə üçtərəfli görüş keçirilmişdir. Görüşdə institutun və Elmin İnkişafı Fondunun rəhbərliyi və ICESCO-nun nümayəndələri iştirak ediblər.

 

İclası İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq tədbir iştirakçılarına İnstitutun Azərbaycan elminin inkişafında oynadığı mühüm roldan bəhs edərək yaranma tarixi, aparılan tədqiqatlar, əldə olunan mühüm elmi nailiyyətlər, kadr potensialı, beynəlxalq əməkdaşlıq və s. barədə ətraflı məlumat verib.

 

Ə.Abbasov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın elmin inkişafına, gənc kadr potensialının artırılmasına, müxtəlif sahələrdə beynəlxalq əməkdaşlıqların qurulmasına mühüm töhfələr verdiyini qeyd edərək İslam ölkələri ilə əməkdaşlığın önəmini vurğuladı.

 

Sonra ICESCO-nun Elm və Texnologiyalar üzrə müşaviri Dr.Məhəmməd Şərif ICESCO-nun elm və təhsil sahəsində apaılan siyasətin istiqamətlərini, birgə əməkdaşlıq proqramları, elm və texnologiya sahəsində treninqlər, Azərbaycanın qabaqcıl ali təhsil müəssisələri ilə müştərək layihələr, müasir təhsil imkanlarından yararlanmaq üçün təqaüd proqramları və İSİ ilə gələcək əməkdaşlıq imkanları haqqında danışıb, institutda qonaq olmaqdan məmnunluğunu bildirərək texnologiya, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. 

 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova Fondun fəaliyyətinin əsas istiqamətləri, qrant layihələri, həmçinin xarici ölkələrin də elm və təhsil müəssisələrinin iştirak etdiyi layihələrdən və əldə olunan nəticələr barədə məlumat verdi. Sonra icraçı direktor beynəlxalq əməkdaşlıq çərçivəsində üzv ölkələrlə birgə layihələrin həyata keçirilməsi üçün ICESCO ilə müvafiq əməkdaşlıq sazişinin müzakirə olunmasını təklif etdi.

 

Sonra professor Elçin Əliyev İnstitutla əməkdaşlıq çərçivəsində SİNAM şirkəti tərəfindən hazırlanmış və xüsusilə ilk yerli istehsal olan onlayn video-konfrans “MEETADORE”, elektron sənəd dövrüyyəsi və təhsilin idarə olunma sistemlərinin ICESCO üzv ölkələrində tətbiqi məsələlərindən danışdı və müvafiq təkliflər verdi.

 

Sonda akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutu, ICESCO, Elmin İnkişafı Fondu və “SİNAM” şirkəti tərəfindən birgə maliyyələşdirilə bilən elmi-tədqiqat layihələrinin hazırlanmasını, tələb olunan uyğun institut və müəssisələrdə müzakirə olunmasını və müvafiq qərarların qəbul edilməsini təklif etdi.

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi