Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
17.09.2021 / Dissertasiya şurasının iclasları16 sentyabr 2021-ci il tarixdə AMEA İdarəetmə Sistemləri İnstitutunun Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyasının genişləndirilmiş seminarında institutun doktorantı riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Səbziyevin texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün “Uçan obyektlərin avtonom naviqasiya məlumatları əsasında idarə olunması üçün metodların, alqoritmlərin işlənilməsi və tətbiqi” adlı dissertasiya işinin ilkin müzakirəsini keçirilmişdir.
Seminara İnstitutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov sədrlik etmişdir.
Seminarda iddiaçı dissertasiya işinin tədqiqatın aktuallığı, məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verərək, işin qısa məzmunu ilə iştirakçıları tanış etmiş, verilən sualları cavablandırmışdır.
Daha sonra professorlar Bayram İbrahimov və Azad Bayramov, tex.e.d. Fərhad Paşayev dissertasiya işi haqqında rəylərini səsləndiriblər.
İşin sonrakı müzakirəsi zamanı akademik Telman Əliyevin, AMEA-nın müxbir üzvü Kami Aydazadənin, professorlar Knyaz Məmmədov, Əziz Talıbov və Elşən Həşimovun çıxışlarında işin ixtisasa uyğunluğu, tədqiqatın dissertasiyada düzgün əks olunduğunu, nəticələrin AAK-nın tövsiyyə etdiyi nəşrlərdə çap olunduğunu söylədilər.
Seminar dissertasiyanın müdafiəyə tövsiyə edilməsi haqqında qərar qəbul etmişdir.