AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanın ilk qadın riyaziyyatçı professoru Tamilla Nəsirovanın 85 yaşı tamam olur

20.10.2021 / Xəbərlər

2021-ci il oktyabr 20-də Azərbaycanda ilk riyaziyyatçı qadın elmlər doktoru və ilk professoru, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, Əməkdar müəllim, ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim Tamilla Hilal qızı Nəsirovanın anadanolmasının 85 ili tamam olur.

Tamilla Nəsirova 1953-cü ildə Bakıda 176 saylı məktəbi qızıl medal ilə bitirərək həmin il Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə imtahan vermədən daxil olmuş və 1958-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla AMEA-nın Kibernetika (indiki İdarəetmə Sistemləri) institutunda elmi fəaliyyətinə başlamış və həmin ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnsitutunun məqsədli aspiranturasına qəbul olmuşdur. Daha sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi”kafedrasında akad. B.V.Qnedenkonun rəhbərliyi altında dissertasiya işi üzərində işləməyə başlamışdır.

1964-cü ildə Daşkənd Universitetində fəlsəfə doktoru, 1994-cü ildə isə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda “Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün (akad. A.V.Skoroxodun elmi məsləhətçiliyi ilə) dissertasiya işini müdafiə etmişdir. 1997-ci ildə professor elmi adı almışdır.

1958-1980-ci illərdə İnstitutda laborant, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 1980-ci ildən  Bakı Dövlət Universitetində dosent vəzifəsinə keçmiş və 1995-ci ildən professor vəzifəsində işləmişdir.

 1994-cü ildən Kibernetika institutuna qayıtmış və əvəzçiliklə (0,5 ştat) böyük elmi işçi, və 2003-cü ildən isə laboratoriya müdiri vəzifəsində çalışır.

 T.H.Nəsirovanin aldığı nəzəri nəticələr: etibarlılıq, ehtiyatların idarə olunması, kütləvi xidmət və siğorta nəzəriyyələri və s.-də öz əksini tapmışdır.

 T.H.Nəsirova ehtimal nəzəriyyəsi sahəsində tanınmış alimdir. O, ilk dəfə Semi-markov prosesləri ücün erqodik teoremi isbat etmişdir, semimarkov proseslərinin tədqiqindən prosesin və onun sərhəd funksionallarının paylanmasının tapılması üçün üsul işləmişdir, 3 müxtəlif tip semi-markov prosesləri arasında əlaqə yaratmışdır. O, 3 müxtəlif tip semimarkov prosesləri arasında əlaqə yaratmışdır.

T.H.Nəsirova Azərbaycanda özünün ehtimal nəzəriyyəsi məktəbini yaratmış və geniş elmi-tədqiqat işləri aparır. O, semi-markov dolaşma proseslərini müəyyən paylanmalar sinfində tədqiq etmək üçün metod yaratmışdır. Bu metod xalq təsərrüfatı əhəmiyyətli məsələləri aşkar şəkildə həll etməyə imkan verir.

Bu sahədə mühüm nəticələri xarici jurnallarda xaricdə keçirilən konfrans materiallarında dərc etmişdir. O, 100-dən çox elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 2 kitabın və 1 metodik vəsaitin müəllifidir. 

1964-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur. 2007-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

1996-2000-ci illərdə Türkiyənın “Karadeniz Teknik” Universitetində professor vəzifəsində çalışmış və özünün elmi-pedoqoji fəaliyyəti haqqında müsbət iz buraxmışdır.

Onun rəhbərliyi altında 2 elmlər doktoru və 10 fəlsəfə doktoru elmi dərəcəsi almışlar.

 T.H.Nəsirova haqqında “Azərbaycanın görkəmli qadınları” , “Azərbaycanın 100 görkəmli alimi”, Rusiyada çap olunan “Женщины-математики» riyaziyyat-tarixi ocerkinin 1 cildində məlumat verilmişdir, və  2009-cu ildə Azərbaycan TV-da“Birincilər” verilişinin bir buraxılışı (“İlk riyaziyatcı elmlər doktoru”) Tamilla Nasirivaya  həsr edilmişdir.

 T.H.Nəsirovanın adı “Математики Азербайджана ХХ века” və “Azərbaycanın Tanınmış alimləri” ensiklopediyalarına daxil edilmişdir.

 T.H.Nəsirova müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın ekspert şurasının, İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və mexanika institutunun nəzdində fəaliyyət göstərən dissertasiya şuralarını üzvü olmuş, hal-hazırda BDU-nin Tətbiqi Riyaziyyat İnstitutunun "Ehtimal nəzəriyyəsi" ixtisası üzrə dissertasiya şurasının üzvüdür.

Dünya elminə mühüm töhfələr bəxş etmiş tanınmış elm xadimi Tamilla Nəsirovanı 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni  uğurlar arzulayırıq!

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi