AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir

29.10.2021 / Elmi şuranın iclasları

29 oktyabr 2021-ci il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclası onlayn formatda keçirilmişdir. İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

İclası institutun baş direktoru, akademik Əli Abbasov açaraq gündəlikdəki məsələlər barədə tədbir iştirakçılarına məlumat verdi. Ə.Abbasov gündəlikdəki ilk məsələni təqdim etmək üçün sözü  İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqova verdi.

Əminağa Sadıqov  baş elmi işçi, r.e.d., professor, Əməkdar müəllim Tamilla Nəsirovanın və İSİ-nin “Beynəlxalq əlaqələr və innovasiya” şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayevin elmi fəaliyyətləri, Azərbaycan elminə bəxş etdikləri mühüm töhfələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. T.Nəsirovanın 85 və T.Babayevin 75 illik yubileylərinin keçirilməsi haqqında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edildi.  

İSİ-nin elmi katibi Zəhra Əzizova 1.3 saylı laboratoriyanın böyük elmi işçisi, r.ü.f.d. R.Zeynalovun “İdarəetmədə riyazi modellər və sərhəd məsələləri” adlı monoqrafiyası haqqında məlumat verdi, müzakirələr aparıldı və monoqrafiyanın çapa verilməsi haqqında yekdilliklə qərar qəbul edildi. Z.Əzizova, həmçinin İnstitutun laboratoriyalarının 2021-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabatların təqdimatı barədə məsələni tədbir iştirakçılarının diqqətinə çatdırdı və müəyyən tapşırıqlar verildi.

Sonra Ə.Sadıqov gənclər üçün elm və təhsil sahələri üzrə Prezident mükafatına nəmizədlərin təqdim olunması  məsələsi ilə çıxış etdi, şura üzvləri tərəfindən müzakirələr aparılaraq qərarlar qəbul olundu.

İclasda İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva 2021/2022-ci tədris ili üzrə İnstitutun magistraturasına qəbul olunan magistrantların dissertasiya mövzularının, elmi rəhbərlərinin və fərdi iş planlarının təsdiq olunması və gündəlikdən irəli gələn digər məsələlər barəsində çıxış etdi, fikir mübadiləsi aparıldı və qərarlar qəbul edildi.

Daha sonra Ə.Sadıqov İnstitutun 4 saylı laboratoriyasının kiçik elmi işçisi, İnstitutun  4-cü kurs dissertantı V.M.Haqverdiyevə dissertasiya mövzusunun dəqiqləşdirilməsi və yeni elmi rəhbərin təsdiq edilməsi haqqında məsələni şura üzvlərinin diqqətinə çatdırdı.

İclasda İdarəetmə Sistemləri İnstitutunda laboratoriya müdiri vəzifələrinə seçkilərlə bağlı şura üzvləri tərəfindən geniş müzakirələr aparıldı və gizli səsvermə keçirilərək müəyyən qərarlar qəbul edildi.

Sonra bəzi cari  məsələlərə baxıldı və AMEA-nın Fizika-riyaziyyat və texnika elmləri bölməsinə veriləcək təkliflər səsə qoyuldu.

Sonda İnstitutun baş direktoru, akademik Əli Abbasov iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi üçün müəyyən tapşırıqlarını səsləndirdi.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi