AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA nümayəndə heyəti Belarusa səfər edib

02.12.2021 / Xəbərlər

23-27 noyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində keçirilmiş MDB-yə üzv dövlətləri alimlərinin III Forumunda iştirak etmişdir.

Azərbaycan nümayəndə heyətinin tərkibinə AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Məhəmməd oğlu Abbasov (nümayəndə heyətinin rəhbəri), AMEA Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Əbülfət oğlu Qədirov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Məhəmməd oğlu Alıquliyev, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin icraçı direktoru Zaur Şirəli oğlu Nəhmətov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktorunun köməkçisi Pənah Mehdi oğlu Hacıyev, AMEA İdarəetmə Sistemləri İnstitutunun “Beynəlxalq əlaqələr və innovasiya” şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Əli İkram oğlu Babayev və AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, r.ü.f.d. Ədalət Bəxtiyar oğlu Paşayev daxil olunmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti MDB-yə üzv dövlətləri alimlərinin III Forumunda iştirak etdilər.

 

25 noyabr tarixində MDB-yə üzv dövlətləri alimlərinin III Forumunun açılışı baş tutmuşdur. Forumun Plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri akademik Əli Abbasov nitq ilə çıxış etmişdir.

Ə.Abbasov forum iştirakçılarını Azərbaycanın nümayəndə heyəti adından salamlayaraq bu yüksək səviyyəli tədbirə dəvətə görə Belarus Milli Elmlər Akademiyasına dərin minnətdarlığını bildirmişdir. Akademik Azərbaycan Milli Elmlər Akademiyasının ölkənin milli özünüdərkinin inkişafında, ölkə sənayesinin müxtəlif sahələrinin formalaşmasında və inkişafında, təbii sərvətlərin mənimsənilməsində, Azərbaycan xalqının tarixinin və fəlsəfi fikrinin öyrənilməsi, Azərbaycan dilinin qorunub saxlanılması, inkişafı və s. istiqamətlərdə önəmini vurğulamışdır.

Akademik çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə elmin inkişafı, elmi-texniki potensialın gücləndirilməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması və alimlərin cəmiyyətdə rolunun artırılması istiqamətində həyata keçirilən əsaslı tədbirləri qeyd etmişdir. Akademik Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Azərbaycan Respublikasında 2020-2025-ci illərdə AMEA-nın inkişafı proqramı” üzrə planlaşdırılan işlərdən, o cümlədən elmi tədqiqatların prioritet istiqamətləri, innovativ inkişaf, gənc alimlərin hazırlanması, elm və texnologiyaların inkişafında dövlət və özəl şirkətlərin əməkdaşlığı haqqında söz açdı.

Əli Abbasov, həmçinin AMEA-nın beynəlxalq əməkdaşlığı barədə forum iştirakçılarına məlumat vermiş, Azərbaycan Milli Elmlər Akademiyası üçün MDB ölkələri Elmlər Akademiyaları ilə əməkdaşlığın əhəmiyyətli rolunu qeyd etmişdir. Akademik çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının MDB və Baltikyanı ölkələrin, Gürcüstanın, ABŞ-ın, Yaponiyanın, İsrailin və s. ölkələrin aparıcı elm və təhsil ocaqları ilə elm və texnologiyanın prioritet sahələrində birgə layihələrin hazırlanması və həyata keçirilməsi, informasiya və təcrübə mübadiləsi, kadr hazırlığı və birgə tədbirlərin təşkili istiqamətində əməkdaşlığından ətraflı şəkildə bəhs etmişdir.

Dəyirmi masada İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, AMEA İdarəetmə Sistemləri İnstitutunun nümayəndələri t.ü.f.d. Tofiq Babayev və dosent Ədalət Paşayev iştirak etmişlər. Bu seksiyada MDB ölkələrinin rəqəmsal dövrdə müxtəlif problemlərin həllinə yönəlmiş və qarşılıqlı əməkdaşlığın güclənməsinə həsr edilmiş çıxışları dinlənilmişdir. Akademik Əli Abbasov “Rəqəmsal ipək yolu layihəsi çərçivəsində qlobal təbiət problemlərinin həllində MDB ölkələrinin elmi-texniki əməkdaşlığı” (‹‹Научно-техническое сотрудничество стран СНГ в решении глобальных проблем природы в рамках проекта Цифрового шелкового пути››) mövzusunda təqdimatla çıxış etmişdir.

Ə.Abbasov çıxışında qlobal xarakterli problemlərin həlli üçün Rəqəmsal İpək Yolu çərçivəsində MDB ölkələrinin elmi-texniki əməkdaşlığı sahəsində aparılan tədqiqatların nəticələrini iştirakçıların diqqətinə çatdırmışdır.

Akademik Rəqəmsal İpək Yolunun elmi proqramında uğurlu iştirakın əsas şərti olaraq ölkənin qanunvericilik tənzimləməsi daxil olmaqla informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində, elmi-texniki həm də istehsal-iqtisadi baxımdan potensialı və inkişaf səviyyəsinin mühüm olduğunu vurğulamışdır.

Daha sonra Ə.Abbasov Azərbaycanda son 15 ildə İKT-nin inkişaf tempini və səviyyəsini ətraflı təsvir edərək qeyd edib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə görə, Azərbaycan bu sahədə dinamik inkişaf edən ilk on ölkə sırasına daxil olub.

Məruzəçi Azərbaycanda informasiya infrastrukturunun inkişaf səviyyəsini, o cümlədən internet, kosmik texnologiyalar, transmilli informasiya kanalları, data mərkəzlər, hesablama sistemləri və s. haqqında dinləyicilərə məlumat vermiş və əsasən Azərbaycanın elmi potensialının rolunu xüsusi qeyd etmişdir.

Alim sonda layihənin əsas mahiyyətini - BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində AMEA-nın MDB və digər region ölkələrinin elmi-texniki və bilik potensialını cəmləşdirərək qlobal təbiət problemlərinin həllinə yönəldilməsi təklifini dinləyicilərə çatdırmışdır.

 

AMEA nümayəndə heyəti, həmçinin çoxsaylı ikitərəfli görüşlər keçirmişdir.

AMEA İdarəetmə Sistemləri İnstitutunun nümayəndələri 23 noyabr tarixində Minskdə Belarus Milli Elmlər Akademiyasının Birləşmiş Maşınqayırma İnstitutunda görüşlər keçirmiş və əməkdaşlıq barəsində ikitərəfli müqavilə imzalanmışdır. 24 noyabr tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun nümayəndələri Belarus Respublikasının Tətbiqi Proqram Sistemləri İnstitutunda görüş keçirmişdir və görüşdə gələcək ikitərəfli əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılmışdır. 27-29 oktyabr Bakı şəhərində keçirilmiş Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri konfransının vacibliyi və müvəffəqiyyətlə keçirilməsi qeyd edilmiş və Tətbiqi Proqram Sistemləri İnstitutun da konfransın Dəyirmi masasında aktiv iştirakı qeyd edilmişdir. İki müəssisə arasında Əməkdaşlıq Memorandumu imzalanmişdir. 24 noyabr, günün ikinci yarısında AMEA nümayəndələri ilə Belarus Dövlət İnformatika və Elektronika Universitetində görüşlər keçirilmişdir və İdarəetmə Sistemləri İnstitutu və universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumda elm, təhsil və iki müəssisə üçün əhəmiyyət kəsb edən digər sahələrdə geniş əməkdaşlığın həyata keçirilmələri nəzərdə tutulmuşdur. Görüşdə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Geodeziya və Geofizika üzrə Elmi Şurasının sədri akademik F.Ə.Qədirov və İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, müxbir üzv R.M.Alıquliyev iştirak etmişdirlər.

 

24 noyabr 2021-ci il tarixində Yüksək Texnologiyalar Parkının icraçı direktoru Zaur Nəhmətov Belarus Milli Elmlər Akademiyasının İdentifikasiya Sistemləri Mərkəzinin və Belarus Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitunun rəhbərliyi ilə görüşlər keçirmişdir. Görüşdə AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri ilə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Z.Nəhmətov 26 noyabr 2021-ci il tarixində Belarus Yüksək Texnologiyalar Parkının rəhbərliyi ilə görüş keçirmişdir. Görüşdə Belarusiya Yüksək Texnologiyalar Parkının tarixi və bu günü, imkanları, innovativ layihələr, tətbiq edilən güzəştlər, rezidentlər, statistik göstəricilər barədə geniş məlumat verilmişdir. AMEA Yüksək Texnologiyalar Parkı və Belarusiya Yüksək Texnologiyalar Parkının əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılmışdır. Daha sonra Z.Nəhmətov AMEA Yüksək Texnologiyalar Parkı haqqında geniş təqdimatla çıxış etmiş və Belarusiya Yüksək Texnologiyalar Parkında hazırlanmış innovativ məhsullar, texnoloji yeniliklərlə tanış olmuşdur.

24-26 noyabr 2021-ci il tarixləri arasında Minsk şəhərində Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (MAAN) elmi şuralarının birinci qurultayı keçirilmişdir. Qurultayın işində Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun baş direktoru, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Geodeziya və Geofizika üzrə Elmi Şurasının sədri akademik F.Ə.Qədirov və İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, müxbir üzv R.M.Alıquliyev iştirak etmişlər.

Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (MAAN) elmi şuralarının rəhbəri Belarus Elmlər Akademiyası Rəyasət heyətinin Sədri, akademik V.Q.Qusakov görülmüş işlər haqqında qurultay iştirakçılarına məlumat vermişdir.

Qurultayda Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Geodeziya və Geofizika üzrə Elmi Şurasının sədri akademik F.Ə.Qədirov şurada təmsil olunan ölkələr arasında yaradılmış elmi əlaqələr haqqında məruzə etmişdir. Məruzədə şurada təmsil olunan ölkələr arasındakı və dünyanın aparıcı elmi mərkəzləri ilə olan əlaqələr təhlil edilmiş, bu əlaqələrin gücləndirilməsi məqsədi ilə bir sıra təkliflər irəli sürülmüşdür. Müxbir üzv R.M.Alıquliyev mövzu ətrafında aparılan müzakirələrdə iştirak etmişdir. Qurultayın sonunda yekun qətnamə qəbul edilmişdir.

 

26 noyabr 2021-ci il tarixdə günün birinci yarısında AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev forum çərçivəsində Belarus MEA-nın Birləşmiş İnformatika Problemləri İnstitutunda görüş keçirdi. Görüşdə, həmçinin Rusiyadan və Qazaxıstandan gəlmiş alimlərin iştirakı ilə seminar təşkil edilmişdir.

Daha sonra R.Alıquliyev təmsil etdiyi institutda aparılan tədqiqatlar haqqında seminar iştirakçılrına geniş məlumat verdi və gələcəkdə birgə tədqiqatlar üçün istiqamətlər müəyyənləşdirildi.

Görüşün sonunda qonaqlar institutda fəaliyyət göstərən Respublika Superkompüter Mərkəzinin və Belarus kosmik gəmisinin uçuşu idarəetmə mərkəzinin işi ilə tanış oldular.

 

Noyabr ayının 24-ü AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktorunun köməkçisi Pənah Mehdi oğlu Hacıyev Belarus Milli Elmlər Akademiyasının Belarus mədəniyyəti, dili və ədəbiyyatı üzrə Tədqiqatlar Mərkəzində olmuşdur. Mərkəzin akt zalında müxtəlif institutlarda çalışan filoloq, folklorşünas, sənətşünas alimlərlə görüşlər keçirilmişdir. Mərkəzin direktoru, akademik Lokotko Aleksandr İvanoviç bölmələrin iş strukturu, fəaliyyəti və nailiyyətləri haqqında məlumat vermişdir. M.Hacıyev öz növbəsində Ədəbiyyat İnstitutunun rəhbərliyi adından onları salamlamış, xüsusi diqqət və qonaqpərvərliyə görə öz minnətdarlığını bildirmişdir. O, təmsil etdiyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu haqqında ümumi məlumat verdikdən sonra, institutun baş direktoru akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabını sözügedən qurumun kitabxanasına təqdim etmişdir.

 

Noyabr ayının 26-da MDB İcra Komitəsinin binasında Forumun bağlanış tədbiri keçirilmişdir və akademik Əli Abbasov həmin tədbirdə çıxış etmişdir.

Əli Abbasov bağlanış mərasimindəki çıxışında MDB-yə üzv olan ölkələrin akademik strukturları və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası (MAAM) ilə yeni inkişaf mərhələsində olan əlaqələrin qurulmasının böyük əhəmiyyətini qeyd etmişdir. O, həmçinin qarşılıqlı milli maraq kəsb edən müxtəlif elmi sahələrdə birgə layihələrin və tədqiqatların aparılmasını, eləcə də elmi-tədqiqat müəssisələrilə birgə beynəlxalq elmi tədbirlərin keçirilməsi və birbaşa əməkdaşlığın vacibliyini vurğulayıb.

Ə.Abbasov, həmçinin Çinin Rəqəmsal İpək Yolu təşəbbüsü fonunda BMT proqramının Davamlı İnkişaf Məqsədləri çərçivəsində təbii fəlakət hadisələri problemlərinin həlli istiqamətində MDB elmlər akademiyalarının səylərinin koordinasiyası ilə bağlı təklif olunan layihənin əhəmiyyətini vurğulamışdır.

O, MDB-yə üzv olan ölkələrin alimlərinin Forumunun elmi və innovativ fəaliyyətlə bağlı bir çox məsələlərin həllində, həmçinin elmin kommersiyalaşdırılmasına şərait yaradan elmin populyarlaşmasında, innovativ proseslərin inkişafında böyük rol oynayacağına, eyni zamanda elmin inkişafına və alimlərin maraqlarının qorunmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətinin Belarus Milli Elmlər Akademiyasının dəvətilə baş tutmuş səfəri başa çatmışdır.

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi