İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı respublika elmi konfransında iştirak etmişdir
09.12.2021 / Xəbərlərİdarəetmə Sistemləri İnstitutunun 9 saylı laboratoriyasının əməkdaşı dosent Rəşad Məstəliyev 9-10 dekabr 2021-ci il tarixlərində Təhsil Nazirliyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Riyaziyyatın Tətbiqi Məsələləri və Yeni İnformasiya Texnologiyaları” IV respublika elmi konfransında iştirak etmişdir. Konfrans onlayn formatda Zoom platforması üzərində keçirilmişdir.
Rəşad Məstəliyev “Sistemli Analiz, Modelləşdirmə və İdarəetmə” seksiyasında “Bərabərlik və bərabərsizlik tipli funksional məhdudiyyətli, gecikməyə malik stoxastik İto sistemlərində optimallıq şərtləri” mövzusunda məruzə etmişdir. Məruzə konfrans iştirakçılarının marağına səbəb olmuş, müxtəlif suallar səsləndirilmiş və müzakirə aparılmışdır.