AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun 2021-ci il üzrə hesabatı təqdim olunub

27.12.2021 / Tədbirlər

27 dekabr 2021-ci il tarixində Fizika–Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş növbəti onlayn iclası keçirilib. İclasda AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov rəhbərlik etdiyi müəssisənin elmi və elmi-təşkilati fəaliyyəti haqqında 2021-ci il üzrə yekun hesabatı təqdim edib.  

 

Ə.Abbasovun sözlərinə görə, 2021-ci ildə İSİ-də 14 istiqamətdə həyata keçirilən tədqiqat işləri üzrə 7 mühüm elmi nəticə əldə olunub. Bu nəticələr əsasən  siqnalların korrelyasiya analizinin nəticələrinin adekvatlığını təmin etməyə imkan verən texnologiyalar, PUA-nın müstəqil idarə olunması üçün metod və alqoritmlərin işlənilməsi, hərbi poliqonlarda ekosistemlərin vəziyyətinin kompleks qiymətləndirilməsi, dinamik sistemlər üçün qeyri-lokal sərhəd şərtlərinin optimallaşdırılması, ehtiyatları xarab ola bilən xidmət-ehtiyatlanma sistemlərinin yeni riyazi modellərinin qurulması və digər istiqamətləri əhatə etmişdir.  

 

İnstitut üzrə cari il ərzində 416 elmi əsərin, o cümlədən 198 məqalənin 142-si xaricdə olmaqla 89-nun Web of Science və Scopus bazalarında, digərlərinin isə tanınmış jurnallarda çap olunduğunu, həmçinin xaricdə və ölkəmizdə keçirilən 91 konfransda 206 məruzə edildiyini, onlardan 30-nun Web of Science bazasında dərc edildiyini, 5 avrasiya patentinin alındığını, 5 monoqrafiya, dərslik və metodik vəsaitin nəşr olunduğunu qeyd etdi.

 

Yüksək göstərici olaraq son üç ilin nəticələrinə əsasən əməkdaşların əsərlərinə Web of Science və Google Scholar bazalarında 2332 istinad olunduğunu vurğuladı.

 

Akademik 2021-ci ildə ümumilikdə 9 elmi-tədqiqat işinin uğurla tətbiq edildiyini və keçirilən qrant müsabiqələrinə 9 layihənin təqdim olunduğunu diqqətə çatdırdı.

 

Ə.Abbasov rəhbərlik etdiyi müəssisədə gənc kadr potensialının inkişafına da xüsusi diqqət göstərildiyini qeyd edərək, doktorantura və dissertanturada ümumilikdə 48 nəfərin təhsil aldığını, hesabat ilində 7 dissertasiya işinin müdafiə edildiyini, o cümlədən 2 elmlər doktoru, 5 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün, həmçinin institutun magistraturasında 11 nəfərin təhsil aldığını, İnstitutun nəzdində fəaliyyət göstərən dissertasiya şuralarında 2 elmlər doktoru, 10 fəlsəfə doktoru dissertasiya işinin müdafiə edildiyini diqqətə çatdırdı.

 

Akademik hesabat ilində çoxsaylı elmi və elmi-təşkilati tədbirlərin  keçirildiyini xüsusi vurğuladı. Cari ilin 27-29 oktyabr tarixlərində İdarəetmə Sistemləri İnstitutu,  Polşanın Sileziya Texnoloji Universiteti, Azərbaycan Texniki Universiteti və Gürcüstanın Texniki Universitetinin birgə təşkilatçılığı ilə «Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri» (International Conference on  Problems of Logistics, Management and Operation in the East-West transport Corridor (PLMO)” adlı Beynəlxalq Konfrans hibrid formada keçirilmişdir.

 

2021-ci ildə institutun əməkdaşları ölkə rəhbərliyinin və AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən müxtəlif təltif və mükafatlara layiq görülmüşlər. O cümlədən, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 80 illik və Akademik Asəf Hacıyevin 70 illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul edilmişdir. Həmçinin AMEA FRTE Bölməsinin Fəxri Fərmanı ilə 7 nəfər - elmi katib Zəhra Əzizova, prof. Kamil Mənsimov, prof. Knyaz Məmmədov, t.e.d Qəmbər Quluyev, dos. Rauf Qədimov, dos. Gülçin Abdullayeva, Xanım Hacınskaya təltif edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə İnstitutun laboratoriya rəhbəri, i.e.d., prof. Yadulla Həsənli “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Professor Elmxan Mahmudov Hollandiyanın elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış “Elsevier” nəşriyyatı tərəfindən dərc edilən Stenford Universitetinin alimləri tərəfindən tərtib olunmuş  “Dünyanın ən nüfuzlu alimləri”nin son siyahısına daxil edilib.

 

Akademik institutda elmlə təhsilin inteqrasiyası istiqamətində də əməli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. Belə ki, İnstitutun bir sıra alimləri Respublikanın bir çox universitetlərinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Pedaqoji Universiteti və s.) müxtəlif kafedralarında çalışırlar, dünyada tanınmış ali təhsil müəssisələrində mühazirə oxumaq üçün dəvət olunurlar. 

 

İnstitutda Azərbaycan Memarlıq və İnşaat Universitetinin  baza kafedrası fəaliyyət göstərir.   Hər il 100-dən artıq tələbə İnstitutda istehsalat praktikası keçir.

 

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən və AMEA-nın da təşkilatçısı olduğu "Sabahın alimləri" Respublika Müsabiqəsinin növbəti layihəsinə hazırlıq çərçivəsində İnstitutun alimləri 189-190 və 193 nömrəli tam orta məktəbin şagirdlərinə elmi məsləhət verirlər. Şagirdlərin AMEA-nın Yüksək Texnologiyalar Parkına (YTP) ekskursiyası təşkil edilmiş və bi sıra görüşlər keçirilmişdir.

 

Ə.Abbasovun sözlərinə görə müəssisənin alimləri he­sa­bat ilin­də beynəlxalq əməkdaşlıq fəaliyyətində də mühüm uğurlar qazanıblar. Cari ildə institut tərəfindən yerli və xarici elmi-tədqiqat institutlarının aparıcı alimləri ilə sıx əməkdaşlıq əlaqələri davam etdirilmişdir. Ukrayna Milli Elmlər Akademiyası, Belarus Milli Elmlər Akademiyası, Belarusun Tətbiqi Proqram Sistemləri İnstitutu, Belarus Dövlət İnformatika və Elektronika Universiteti və digər təşkilatlarla elmi əlaqələr qurulmuşdur. Həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və AMEA İdarəetmə Sistemləri İnstitutu arasında HPC  (High Performance Computing) Mərkəzinin imkanlarından İSİ-də aparılan hesablamalar zamanı istifadə etmək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanmışdır.  

 

Müxtəlif dövlət qurumları ilə, o cümlədən Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq əlaqələri çərçivəsində Milli Aerokosmik Agentliyi ilə İdarəetmə Sistemləri İnstitutu arasında elmi tədqiqatların aparılması və innovativ məhsulların yaradılması sahəsində birgə fəaliyyət barədə memorandum imzalanmışdır.

 

Akademik cari ildə institutda, həmçinin elmi biliklərin təbliği və populyarlaşdırılması ilə bağlı görülmüş işlərdən söz açaraq, kütləvi informasiya vasitələri (KİV) ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, müəssisənin rəhbər şəxslərinin, aparıcı alim və mütəxəssislərinin mütəmadi KİV-də çıxışlarının təşkil edildiyini bildirib. Ə.Abbasovun sözlərinə görə, cari ildə institutun www.isi.az rəsmi veb səhifəsinə olan müraciətlərin sayı son 5 ilin nəticələrinə görə ən yüksək rəqəmə çataraq əhəmiyyətli dərəcədə artmışdır.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi