AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Vikipediyada Azərbaycan Həqiqətləri” mövzusunda tədbir keçirilib

31.12.2021 / Mühüm xəbərlər

28 dekabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “Qorqud Vikipediya Metodik klubu”nun birgə təşkilatçılığı ilə “Vikipediyada Azərbaycan Həqiqətləri” mövzusunda tədbir keçirilib.

Öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbiri giriş nitqi ilə açaraq qeyd edib ki, Azərbaycan Şərq və Qərb mədəniyyətini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin irsin qorunması baxımından bu qəbil təlimlərin mütəmadi şəkildə keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

Sonra millət vəkili Elnur Allahverdiyev çıxış edərək ermənilərin azərbaycanlılara aid ərazi adlarını saxtalaşdırmaları barədə danışıb və Azərbaycanın dünyaya tanıdılmasının vacibliyini vurğulayıb. Bildirib ki, hər bir azərbaycanlı Vətən qarşısında üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Məhz bu baxımdan informasiya cəbhəsində gənclərin aktivliyi xüsusi önəm kəsb edir. E.Allahverdiyev Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını qeyd edərək “Qorqud” kimi platformaların əlverişli intellektual müstəvi olduğunu bildirib.

Daha sonra çıxış edən könüllü Ayxan Ziyadzadə Azərbaycanın tanınmasında vikipediyanın əhəmiyəti, “Qorqud” Vikipediya Metodik Klubu, 2021-ci ildə azad ensiklopediyadakı fəaliyyət barədə danışıb.

Sonra təlimdə fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olunub.

Daha sonra millət vəkilləri Ramin Həsən və Naqif Həmzəyev çıxış edərək vikipediada Azərbaycan barədə yer alan informasiyaların önəmini qeyd edib, klubun fəaliyyətinin və gənclərə bu təlimlərdə dəstək olmağın vacibliyini qeyd ediblər.

Qeyd edək ki, tədbirdə AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, elmi işçi Lamiyə Nəcəfova da iştirak etmişdir.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi