AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda beynəlxalq görüş keçirilib

27.01.2022 / Tədbirlər

25 yanvar 2022-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Yunanıstanın Qərbi Makedoniya Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) alimləri ilə beynəlxalq görüş keçirilmişdir. Tədbirdə institutun rəhbərliyi, ADNSU-nun high performance computing (HPC) üzrə rektor müşaviri, professor Ehsan Musəvi, Yunanıstanın Qərbi Makedoniya Universitetinin Əşyaların İnterneti və Tətbiq laboratoriyasının (ITHACA) rəhbəri professor Panagiotis Sarigiannidis, bir sıra alimlər və dəvət olunmuş qonaqlar iştirak ediblər. Qeyd edək ki, tədbir İSİ ilə ADNSU arasında imzalananmış ikitərəfli əmədaşlıq əlaqələrinə dair memorandum çərçivəsində keçirilmişdir.

 

Tədbiri İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq qonaqları salamlayaraq instituta göstərilən diqqətə görə təşəkkürünü bildirdi və institutun tarixi, fəaliyyəti və əsas istiqamətləri haqqında məlumat verdi. Ə.Abbasov idarəetmə sistemləri, optimal qərar qəbuletmə, siqnal prosesləri, informasiyanın intellektual analizi, riyazi iqtisadiyyat və ekonometrika, dinamik sistemlər, neft-qaz sənayesində tədqiqatlar və institutun digər əsas fəaliyyət istiqamətləri barədə ətraflı şəkildə bəhs etdi.

 

Sonra Kəsilməz proseslərin modelləşdirilməsi və idarəedilməsi laboratoriyasının müdiri, r.ü.f.d., dosent Ədalət Paşayev çıxış edərək yüksək performanslı hesablamalar (HPC) əsasında təsvirlərin emalı mövzusu ətrafında çıxışetdi. Ə.Paşayev qeyd etdi ki, institutda Yer səthinin məsafədən tədqiqi üsullarından biri kimi müxtəlif rəng filtirləri ilə çəkilmiş şəkillərin birgə emalı tətbiq olunur və bu məqsədlə filtirlənmiş şəkillərdən rəngli şəkillərin alınması, fotosintez əmsalının hesablanması istiqamətində tədqiqatlar aparılır. Böyük obyektlərin lazımi dəqiqliklə çəkilişini aparmaq üçün bir neçə kadr çəkmək lazım gəldiyini qeyd edən alim bu kadrları vahid şəkildə birləşdirə bilən proqram modulunun işlənilməsi istiqamətində işlərin aparıldığını söylədi. Ə.Paşayev bu istiqamətdə şəkillərin birləşdirilməsi və tanınması ilə bağlı meydana gələ biləcək probelmlərin həlli yolları barədə məlumat verdi.

 

Daha sonra institutun böyük elmi işçisi, t.ü.f.d. Rauf Fətullayev çıxış edərək nitqin tanınması sistemləri mövzusu ətrafında çıxış etdi. R.Fətullayev qeyd etdi ki, süni intellekt (Sİ) texnologiyaları və metodlarına əsaslanan sistemlər insan intellektinin müxtəlif funksiyalarının reallaşdırmasına, praktiki əhəmiyyətli çətin formalizə olunan mürəkkəb məsələlərin kompüter sistemlərində həllinə imkan yaradaraq ciddi iqtisadi səmərəliliyin əldə olunmasına səbəb olur və tətbiq dairəsini günbəgün artırır. Təbii dillərin emalı süni intellektin tətbiqi istiqamətinin bir qolu olub, hər hansı bir təbii dilin kompüter vasitəsilə analizi və sintezini öyrənir. Nitqin tanınması insan danışığının avtomatik olaraq kompüter proqramları vasitəsilə mətnə çevrilməsi və analizi olduğunu qeyd edən alim yaradılan sistemin insan resurslarında geniş istifadə oluna biləcəyini vurğuladı. O, həmçinin səsin tanınması və mətnə çevrilməsi vasitəsi ilə çağrı mərəzkləri ilə insanlar arasında səmərəli dialoq qurula biləcəyini əminliklə söylədi.

 

İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyasının müdiri, t.e.d., prof. Elçin Əliyev birgə tədqiqatların aparılması və gələcək perspektivlər üçün görülən işlərdən bəhs etdi. Alim xüsusilə müasir dövrdə böyük əhəmiyyətə malik olan dronlar, onların istehsalı, tərtibatı, hazırlanma texnologiyaları, keyfiyyətli uçuş üçün sınaqlar və onlardan istifadə imkanları bardədə məlumat verib. E.Əliyev uçuş zamanı yarana biləcək naviqasiya problemləri, enerji sərfi, mühərrikin xüsusiyyətləri, PUA-ların müxtəlif sahələrdə istifadəsi, növləri və texniki göstəriciləri barədə danışıb. Alim qeyd edib ki, bu tədqiqatlar müxtəlif sahələrdə müəyyən problemlərin həlli, o cümlədən kənd təsərrüfatı sahəsində bitkilərin və s. tanınması istiqamətində önəmli rol oynayacaq. Sonra böyük maraqla qarşılanan məruzə ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonra Neftqazçıxarma obyektlərinin intellektual diaqnostika və idarəetmə sistemləri laboratoriyasının müdiri, t.e.d., dosent Asif Rzayev çıxış edərək neft-qaz çıxarılmasında avtomatlaşdırılma və informasiyanın ötürülməsi problemləri barədə danışıb. Neftçıxarmanın fontan, qaz-neft və mexaniki üsullarından bəhs edərək ştanqlı dərinlik, dalma və digər nasoslar haqqında məlumat verib, onların müasir dövrdə istifadəsi, üstünlüklərindən danışıb. Qeyd edib ki, mexaniki üsulların istifadəsi zamanı əsas problemlər enerji sərfiyyatını azaltmaq, texniki qurğuların erkən diaqnostikası, məlumatların uzaqdan idarə olunması ilə bağlıdır. A.Rzayev Azərbaycanda ən geniş istifadə olunan ştanqlı dərinlik nasosları və istifadəsi üçün yaradılan yeni sistem, hesablama metodikaları, İSİ-də yaradılan küy texnologiyalarının tətbiqi ilə erkən diaqnostikanın mümkünlüyü və mövcud problemlər barədə qonaqlara məlumat verib.

 

Daha sonra ITHACA rəhbəri professor Panagiotis Sarigiannidis çıxış edərək İSİ-nin rəhbərliyinə tədbirin təşkilinə görə təşəkkürünü bildirdi, institutda aparılan elmi tədqiqatları, irəli sürülən yeni ideyaları və bu sahədə təcrübəni müsbət qiymətləndirdi. Təqdim olunan mövzularla bağlı fikirlərini səsləndirərək əldə olunan nailiyyətlərdən, müxtəlif sahələrdə tətbiq imkanlarından və müəyyən problemlərin həlli istiqamətində görülə biləcək birgə işlərdən, gələcək perspektivlərdən bəhs etdi.

 

Sonra ADNSU-nun HPC üzrə rektor müşaviri, professor Ehsan Musəvi çıxış edərək yenidən İSİ-də olmaqdan məmnunluq duyduğunu bildirdi və institut rəhbərliyinə göstərilən diqqətə görə təşəkkürünü bildirdi. Tədqim olunan məruzələrin birgə tədqiqatların aparılması baxımından uyğun olduğunu qeyd edərək bu istiqamətdə İSİ ilə ANDSU arasında aparılacaq tədqiqatlardan və qarşıda duran planlardan bəhs etdi. Alim milli və beynəlxalq proyektlərin hazırlanması baxımından Yunanıstanın Qərbi Makedoniya Universiteti ilə əməkdaşlığın önəmini qeyd etdi.

 

Sonda İSİ-nin baş direktoru Əli Abbasov çıxış edərək ADNSU və Qərbi Makedoniya Universitetinin nümayəndəyərinə təşəkkürünü bildirdi, qarşıda duran üçtərəfli layihələrin önəmini vurğuladı.  

 

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi