AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

VIII Ümumdünya Yumşaq Hesablamalar Konfransı öz işini yekunlaşdırıb

07.02.2022 / Tədbirlər

5 fevral 2022-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Lütfi Zadənin anadan olmasının yüz illiyinə və elmi irsinə həsr olunmuş VIII Ümumdünya Yumşaq Hesablamalar Konfransının bağlanış tədbiri keçirilib.

 

AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlamışdır. O, 3 gün ərzində davam edən  VIII Ümumdünya Yumşaq Hesablamalar Konfransının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə dair hazırlamış fəaliyyət planı çərçivəsində təşkil olunduğunu xüsusi olaraq qeyd etdi.

 

Ə.Abbasov görkəmli alim Lütfi Zadənin inqilabi texnologiyaların yaradılmasında müstəsna rolu olan bəşəriyyətin ən böyük ixtiraçı alimlərdən biri olduğunu vurğuladı. O, qeyd etdi ki,  Lütfi Zadə zəngin təcrübəsindən istifadə edərək qeyri-səlis məntiq sahəsində ciddi yeniliklər yaradıb ki, bu da bir çox elmi istiqamətlərdə problemlərin həllinə təkan verir, həyatın müxtəlif sahələrinə müsbət təsir göstərir. Akademik bu qəbil tədbirlərin keçirilməsi ilə Lütfi Zadənin elmi ideyalarının dünyanın müxtəlif ölkələrində, eləcə də Azərbaycanda layiqincə davam etdiriləcəyinə inamını ifadə edib.

 

Konfransda qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin həm fundamental tədqiqatları, həm də tətbiqi aspektləri ilə məşğul olan müxtəlif ölkələrin alimləri tərəfindən 100-ə yaxın elmi məruzənin dinlənildiyini  vurğulayan Ə.Abbasov  təqdim olunan  mövzuların süni intellekt nəzəriyyəsinin inkişafı fonunda xüsusi diqqətə layiq olduğunu bildirib. Konfransın işini yüksək qiymətləndirən alim qeyd edib ki, səsləndirilən məruzələrdə yumşaq hesablama məntiqi, qeyri-səlis yanaşmalar, qeyri-səlis idarəetmə sistemləri, neyron şəbəkələr, qeyri-səlis tanınma və s. istiqamətlərdə yeniliklər nəzərə çatdırıldı. Eyni zamanda onların təhsildə, tibbdə, iqtisadiyyatda, idarəetmə, proqnozlaşdırma və digər sahələrdə tətbiqi ilə bağlı maraqlı fikirlər səsləndirildi. 

 

Akademik elmi ictimaiyyətin bir araya gələrək müvafiq mövzularla bağlı fikir və təcrübə mübadiləsi aparmasının gələcək perspektivlərin səmərəliyinə zəmin yaratdığını qeyd edib. Ə.Abbasov dünya elmi ictimaiyyəti ilə əlaqələrin qurulması, konfransın təşkil olunması baxımından Azərbaycan Respublikası Lütfi Zadə Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, konfransın proqram həmsədri, professor Şahnaz Şahbazovaya, tərəfdaşlara və bütün iştirakçılara xüsusi təşəkürünü ifadə edib.  

 

Ə.Abbasov çıxışının sonunda IV Sənaye İnqilabı ərəfəsində Azərbaycanın müxtəlif sahələr üzrə xarici ölkələrlə qarşılıqlı praktiki əməkdaşlıqlar qurmaq üçün iqtisadi və sosial-siyasi potensiala malik olduğunu qeyd edib. Ölkənin qabaqcıl elmi qurumlarının, o cümlədən AMEA İdarəetmə Sistemləri İnstitutunun fəal işgüzar əməkdaşlığa hər zaman hazır olduğunu bildirən akademik  səmərəli qarşılıqlı əlaqə və dostluq münasibətlərinin bir çox mühüm tətbiqi problemlərin həllinə yönəlmiş fundamental tədqiqatlara zəmin yaradacağını ifadə edib.

 

Sonra konfransın baş katibi, professor Şahnaz Şahbazova Lütfi Zadənin ömür yoluna və zəngin elmi irsinə nəzər salaraq apardığı mühüm tədqiqatlar nəticəsində irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsinin müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafına yol açdığını qeyd edib. O, görkəmli elm fədaisi olan Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətini vurğulayıb, dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin bir araya gələrək fikir mübadiləsi aparmasının gələcək tədqiqatlara zəmin yaratdığını bildirib. Ş.Şahbazova çıxışının sonunda İSİ rəhbərliyinə və konfransın digər təşkilatçılarına dərin minnətdarlığını ifadə edib, tədbirdə iştirak edən görkəmli alimlərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

 

Tədbirdə, həmçinin professorlar Əminağa Sadıqov, Janus Kacprzyk, İmre Rudas, Vadim Stefanyuk, Aleksey Averkin, Nadejda Yaruşkina, Takahiro Yamnoı və digər görkəmli alimlər çıxış ediblər. Bəşəriyyətin ən böyük ixtiraçı alimlərindən biri kimi şöhrət qazanmış Lütfi Zadənin elmi irsinin davam etdirilməsi istiqamətində konfrans çərçivəsində təqdim olunan məruzələri yüksək qiymətləndiriblər. Alimlər Yumşaq hesablamanın müxtəlif sahələrində aktual problemləri, gələcək perspektivləri nəzərdən keçirmək üçün müvafiq sahə üzrə alim və mütəxəssisləri bir araya gətirməyə hədəflənən tədbirin təşkilinə görə başda İSİ rəhbərliyi olmaqla təşkilatçılara təşəkkürlərini ifadə ediblər.

Tweet
ELANLAR
  • 20.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 14.11.2025
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 12.11.2025
    IV Beynəlxalq "Vahid Sağlamlıq: Problemlər və Həllər" adlı konfrans keçiriləcəkdir
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi