AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda “Sabahın alimləri” müsabiqəsinin finalçıları təqdim etdikləri layihənin son sınağını keçiriblər

14.02.2022 / Tədbirlər

Bu gün ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri üçün keçirilən “Sabahın alimləri” Respublika Müsabiqəsi öz işinə başlayıb. Qeyd edək ki, bu müsabiqə 2012-ci ildən etibarən AR Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

 

2022-ci ilin 14-21 fevral tarixlərində keçiriləcək müsabiqənin final mərhələsində iştirak edəcək 189-190 saylı tam orta məktəbin komandasına AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) laboratoriya rəhbəri, t.e.d., dosent Fəhrad Paşayev rəhbərlik edir. Sözügedən məktəbin şagirdləri - Ramil Tağıyev və Ziya Sadıqzadə Layihə üzərində son hazırlıq işlərini aparmaq məqsədilə İSİ-də olublar.

 

“Radiomodem vasitəsilə şifrələnmiş məlumatların ötürülməsi və qəbulu” adlı layihəni tədqim edən şagirdlər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən müasir intellektual informasiya texnologiyalarından geniş şəkildə istifadə olunmasının önəmini vurğulayaraq gələcək tədqiqatları ilə bu sahəyə töhfə vermək arzusunda olduqlarını ifadə ediblər. Qeyd olunub ki, layihədə məlumatların şifrələnməsi, RFD-900+ radiomodemi vasitəsilə ötürülməsi, digər kompüterdə məlumatın analoji radiomodem vasitəsilə qəbulu, deşifrasiya edilməsi və ekranda indikasiyasi həyata keçirilib. Prosesin gedişatı zamanı xüsusi alqoritm işlənib hazırlanıb. Layihə haqqında ətraflı məlumat verən şagirdlər alınan nəticələrin tətbiq sahələrindən söz açıblar.

 

Görüş çərçivəsində komandaya elmi rəhbərlik edən Fəhrad Paşayev layihə üzərində işin gedişatı barədə şagirdlərlə müzakirələr aparmış, öz fikir və tövsiyələrini bildirmiş və onlara uğurlar arzulamışdır.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi