AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dəyərli alim Rəna Əsədovanın anadan olmasının 60 ili tamam olur

25.01.2022 / Maraqlı məlumatlar

25 yanvar 2022-ci ildə “Elmi-texniki informasiya və patent tədqiqatları” şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Şərif qızı Əsədovanın anadan olmasının 60 ili tamam olur. O, 25 yanvar 1962-ci ildə Şəki rayonunun Baş-Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur.

Rəna Əsədova 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Çoxşaxəli əmək fəaliyyətinə 1980-2003-cü illərdə başlayan alim Sumqayıt Dövlət Universitetində (keçmiş Az NKİ-nun Sumqayıt filialı, sonradan Azərbaycan Sənaye İnstitutu) laborant, baş laborant, assistent, baş müəllim vəzifələrində çalışmış, 2001-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə dosentlik diplomu almışdır.

2003-cü ilin yanvar ayından AMEA-nın İdarəetmə Sistemləri İnstititunda elmi işçi  vəzifəsində çalışmışdır. Hazırda (2004-cü ildən etibarən) “Elmi-texniki informasiya və patent tədqiqatları” şöbəsinin müdiri vəzifəsində çalışır.

R.Əsədova 54 elmi məqalənin, o cümlədən, 2 respublika və 7 Avrasiya patentinin, bir metodik vəsaitin, 1 monoqrafiyanın müəllifidir. Onun məqalələri Respublikanın və xarici  ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur.        

 Almin pedaqoji fəaliyyəti Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. Hazırda Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat” fakültəsinin “İnformatika” kafedrasında dosent vəzifəsində çalışır.

 R.Əsədova 2016-ci ildə  "Ən yaxşı vətənpərvər tədqiqatçı alim Qızıl medalı" ilə təltif olunmuş, 2017-ci ildə İlin Alimi Ali Media mükafatına layiq görülmüşdür.  2018-ci ildən isə İdarəetmə Sistemləri İnstitunun Qadınlar Şurasının sədridir.

Dəyərli alimi  60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni  uğurlar arzulayırıq!

Tweet
ELANLAR
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
  • 27.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi