AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

06.03.2022 / Tədbirlər

AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Həmkarlar təşkilatı və Qadınlar şurasının (QŞ) təşkilatçılığı ilə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq bu əlamətdar günün tarixindən, qadınların cəmiyyətin həyatında oynadığı roldan, tutduğu yüksək mövqedən bəhs edib. O, qeyd edib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqın adını uca tutub. Dünya mədəniyyətinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınların böyük rolu olub. Azərbaycanın müxtəlif sahələrdə inkişafına öz töhfələrini verən qadınların bir çoxunun adı ölkənin zəngin tarixinin səhifələrinə qızıl hərflərlə yazılıb.

 

Ə.Abbasov bildirib ki, çağdaş Azərbaycan qadını fədakar ana olmaqla yanaşı, həm də peşəkar elm xadimi, bacarıqlı siyasətçi və xalqın etimadını qazanan dövlət məmurudur. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkədə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Alim, o cümlədən rəhbərlik etdityi müəssisədə çalışan xanımlara institutun elmi və ictimai istiqamətlərdəki inkişafında nümayiş etdirdikləri fəallığa, bəxş etdikləri töhfələrə görə təşəkkürünü ifadə edib, onlara cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.

 

Sonda tədbir iştirakçılarına təltifnamələr təqdim edilib.

Tweet
ELANLAR
  • 20.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 14.11.2025
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 12.11.2025
    IV Beynəlxalq "Vahid Sağlamlıq: Problemlər və Həllər" adlı konfrans keçiriləcəkdir
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi