AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Şuşanın Rəqəmsal Müəllimləri” layihəsinin açılış mərasimi keçirilib

09.03.2022 / Mühüm xəbərlər

6 mart 2022-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə 1 fevral - 30 aprel tarixlərində icra olunacaq “Şuşanın Rəqəmsal Müəllimləri” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Millət vəkili Etibar Əliyev, Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) elmi işçisi və doktorantı Səyyarə Hidayətzadə, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Rəsmiyyə Məmmədova iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan AGMA-nın sədri Rüfət Əsədzadə təşkilat haqqında qısa məlumat verib və AMEA-nın İdarəetmə Sistemləri İnstitutuna layihədə göstərdikləri təmənnasız dəstəyə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi distant təhsilin təşkili prosesində müəllimlərdə “Google for Education” platformasından istifadə bacarıqlarını formalaşdırmaqdan ibarətdir.

Sonra çıxış edən layihə rəhbəri Hüseyn Hüseynov 2022-ci Şuşa ilində həyata keçirilən “Şuşanın Rəqəmsal Müəllimləri” layihəsi haqqında ətraflı məlumat verərək onun əhəmiyyətini vurğulayıb və iştirakçıların suallarını cavablandırıb.

Daha sonra İSİ-nin əməkdaşı Səyyarə Hidayətzadə çıxış edərək müasir dövrün tələblərinə uyğun yüksək ixtisaslı kadrlar yetişdirməyin önəmini vurğulayıb, bu istiqamətdə əldə ediləcək uğurlar naminə insitut əməkdaşlarının dəstək göstərməyə daim hazır olduqlarını bildirib.

Qeyd edək ki, layihəyə müraciət edən  300 müəllimdən 50-si seçilərək təlimlərə cəlb edilib.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi