AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda magistrantların attestasiyası keçirilib

10.03.2022 / Tədbirlər

10 mart 2022-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) “Kompüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan I və II kurs magistrantların attestasiyası keçirilib.

 

Attestasiya Komissiyasının iclası İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun sədrliyi ilə keçirilib. Alim qeyd edib ki, müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanması AMEA-da, o cümlədən İSİ-də prioritet məsələlərdəndir. Bu istiqamətdə institutun peşəkar alimləri mütəmadi olaraq magistrantlarla bilik mübadiləsi aparır,  elmi və pedaqoji təcrübələr həyata keçirilir. Attestasiyanın keçirilməsinin əhəmiyyətindən söz açan Ə.Sadıqov gənclərə elmi işlərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tövsiyyələrini səsləndirib. 

 

Sonra magistrantlar öz dissertasiya işlərinin mövzularına uyğun olaraq fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin gedişatı, konfranslarda iştirak, elmi işlərin dərc olunması haqqında məlumat veriblər.

 

Komissiyanın üzvü, İnstitutun Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva komissiya üzvlərini magistrantların qış imtahan sessiyasının nəticələri ilə tanış edib.

 

Daha sonra magistrantın gördüyü işlər ətrafında geniş müzakirələr aparılıb, müəyyən fikirlər səsləndirilib, suallar cavablandırılıb. Müzakirələrdə komissiya üzvləri – İSİ-nin elmi katibi Zəhra Əzizova, dosentlər Rəna Əsədova, Elxan Səbziyev, Rəşad Məstəliyev, Tahir Əlizadə və r.e.d. İlqar Məmmədov iştirak edib, tövsiyyələrini səsləndiriblər. 

 

Yekunda Attestasiya Komissiyası tərəfindən magistrantların növbəti semestrə keçirilməsi barədə qərar qəbul edilib. 

Tweet
ELANLAR
  • 20.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 14.11.2025
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 12.11.2025
    IV Beynəlxalq "Vahid Sağlamlıq: Problemlər və Həllər" adlı konfrans keçiriləcəkdir
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi