AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

YAP Yasamal rayon təşkilatında gənclərlə görüş keçirilib

11.03.2022 / Mühüm xəbərlər

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusunda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov ilə gənclərin görüşü keçirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında vurğulayıb ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsidir: "Həmin sahədə keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri biləvasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir".

B.Nəbiyev qeyd edib ki, vətənpərvərlik tərbiyəsi həmçinin gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını da özündə ehtiva edir: "Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir".

Görüşdə təhsil sahəsindən danışan B.Nəbiyev xaricdə təhsil üzrə yeni Dövlət Proqramının artıq təsdiqləndiyini və tələbələrin artıq bundan istifadə edə biləcəyini vurğulayıb. Qeyd edib ki, gənclərin yüksək səviyyədə təhsil alması Cənab Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzindədir və görülən işlər bunun bariz göstəricisidir.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov beynəlxalq ictimaiyyətin 30 illik işğal boyunca Azərbaycanın mövqeyinə qeyri-səmimi yanaşmasından, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasından danışıb. Bildirib ki, Prezident İlham Əliyev bütün dövrlərdə Azərbaycanın Qarabağ problemini və ümümilikdə ərazi bütövlüyünün bərpası üçün strategiyalar qurub. Buna misal olaraq Azərbaycanın tolerant bir dövlət kimi dünyaya tanıdılması, ordunun və ən əsası ölkə iqtisadiyyatının inkişafının təmin edilməsini göstərmək olar.

Ş.İsmayılov gənclərin müasir dünyada tutacaqları mövqe və perspektivləri haqda da danışıb. Qloballaşmanın Azərbaycan gəncliyinə göstərdiyi müsbət və mənfi cəhətlərə toxunub. Müasir dövrdə sosial şəbəkələrin və ümumilikdə beynəlxalq medianın gənclərə idealoji təsir baxımından böyük rolunun olduğunu bildirən deputat bundan yayınmanın yollarını gənclərlə bölüşüb.

Daha sonra müzakirə formatında keçən görüşdə gənclərin sualları cavablandırılıb, təkliflər səsləndirilib. Müzakirələrdə AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının Sədri (GAMŞ) Lamiyə Nəcəfova da iştirak etmişdir.

Sonda xatirə şəkli çəkdirilib.

yap.org.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi